Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən
Milli Qəhrəman
Çingiz Qurbanov adına
Tələbə İxtiraçılar Klubunda
“Günəş enerjisindən qidalanan “Ağıllı Ev”
layihəsi üzərində iş
başa çatdırılmışdır.
Klubun rəhbəri, Elm və İnnovasiyalar Departamentin metroloji xidmət qrupunun mühəndisi
İslam Hüseynov
turan.info.az-a bildirmişdir ki,
tələbə Fərid Həsənovun
müəllifi olduğu bu layihədən
çox mənzilli yaşayış binalarında
alternativ enerji kimi istifadə edilə
və işıqlandırma sistemi məsafədən
idarə oluna bilər.
Layihəyə Bakı şəhərindən, ölkəmizin müxtəlif regionlarından böyük maraq göstərilir.
Portativ soyuducu və qızdırıcı hazırlanmışdır
Azərbaycan Texniki Universitetinində
“Portativ soyuducu və qızdırıcı cihaz"
üzərində tədqiqat işi yekunlaşmaq üzrədir.
AzTU-nun Tələbə İxtiraçılar Klubundan
turan.info.az-a bildirmişlər ki, “Univesal daşınabilən” “soyuducu və qızdırıcı cihaz”ın müəllifi Universitetin tələbəsi Murad Qurbanovdur.
Onun sözlərinə görə, yeni cihazdan Azərbaycanın avtomobil nəqliyyatı vasitələrində geniş istifadə edilə bilər.
Yeni ixtira yaxın vaxtlarda lisensiya
və ixtira sənədi almaq üçün
müvaffiq təşkilata təqdim ediləcəkdir.
Məsafədən idarə olunan peyk antena sistemi yaradılmışdır
Azərbaycan Texniki Universitetinin
Xüsusi Texnika və texnologiya fakültəsinin
nəzdində fəaliyyət göstərən
Milli Qəhrəman Çingiz Qurbanov adına
Tələbə İxtiraçılar Klubunun rəhbəri,
Elm və İnnovasiyalar Departamentin
metroloji xidmət qrupunun mühəndisi
İslam Hüseynov turan.info.az-a bildirmişdir ki,
Universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsi Etibar Əliyevin müəllifi olduğu “Məsafədən idarə olunan peyk antena sistemi” adlı yeni layihə baradə xəbəri peyk antenaları istifadəçiləri maraqla qarşılamışlar.
Bu yenilik ölkəmizin hər yerində
geniş tətbiq edilə bilər.
Kiçik ölçülü “Optik lifli rabitə sisteminin modeli” hazırlanmışdır
Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin Tələbə İxtiraçılar klubunda kiçik ölçülü “Optik lifli rabitə sistemin modeli” yaradılmışdır. Tələbələrin hazırladıqları yeni rabitə modeli kiçik ölçülü olması və yığcamlığı ilə əvvəlkilərdən fərqlənir. Azərbaycan Respublikasının daxili rabitə sistemlərində belə rabitə vasitələrinə təlabat çoxdur.
“Optik lifli rabitə sisteminin modeli”nə yiyələnmək istəyənlər Azərbaycan Texniki Universitetinə müraciət edə bilərlər.
turan.info.az
.