Nümayəndələri tələbələrə təqdim edən AzTU-nun prorektoru, professor İsa Xəlilov Azərbaycan Respublikasının Prezidentinin 06.12.2016–ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində maliyyə və iqtisadiyyat sahəsində tələbələrin maarifləndirilməsi məqsədilə seminar və təlimlər davamlı həyata keçirilir.
Palatanın əməkdaşları dünyada və Azərbaycanda kapital bazarları, səhm bazarları, bazarlardan maliyyələşən qiymətli kağızlar, ticarəti və bu bazarlara nəzarətin necə qurulması haqqında tələbələrə ətraflı məlumat veriblər.
Əməkdaşların kapital bazarlarında investisiya xidmətləri, risqlər və strategiya mövzularında çıxışlarını tələbələr maraqla dinləyiblər.
Tədbir diskussiya formasında keçirilib və qonaqlar tələbələri maraqlandıran bütün sualları cavablandırıblar.
turan.info.az