Vilayət Vəliyev
İran İslam Respublikasının
Gilan Universitetinin rektoru, professor
Ahmad Razini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rektor Vilayət Vəliyev qonaqlara AzTU haqqında ətraflı məlumat verib və Gilan Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Professor Ahmad Razi rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verərək bildirib ki, Gilan Universitetində hazırda 17 min tələbə təhsil alır, 600 professor-müəllim heyəti, 10 fakültə və iki araşdırma mərkəzi fəaliyyət göstərir. Rektor AzTU ilə yaxından tanış olduğunu bildirərək əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
Görüşdə hər iki universitetin fəaliyyəti və əməkdaşlığın genişləndirilməsi üçün görüləcək işlər müzakirə olunub.
Sonda rektorlar iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalayıblar.
Müqaviləyə əsasən AzTU və Gilan Universiteti arasında təhsil, elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.
turan.info.az
.