Nümayəndələri qəbul edən AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun imzalanmış mövcud müqavilənin (01.07.2019) qarşılıqlı əməkdaşlıq prinsiplərindən danışıb.
Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov
təmsil etdiyi idarənin müasir iş strukturundan, fəaliyyətindən, tələbələr üçün hazırlanan yeni təcrübə proqramlarından, layihələrdən danışıb və AzTU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Görüşdə əməkdaşlıq müqaviləsinin müddəaları müzakirə edilərək müqaviləyə uyğun plan hazırlanıb və işçi qrupu yaradılıb.
Müqavilədə dəmiryol nəqliyyatı sahəsində müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, bakalavr buraxılış və magistrlıq dissertasiya işlərinə Cəmiyyət nümayəndələrinin də rəhbərliyi, tələbələr üçün təqaüdlərin təsis edilməsi, elmi-tədqiqat işlərinin birgə keçirilməsi, elmi-tədqiqat laboratoriyalarının yaradılması və təchizatında Cəmiyyətin köməklik göstərməsi və s. müddəalar nəzərdə tutulub.
turan.info.az
.