Görüşdə professor Xalıq Yahudov müəllimlərə dərslərin keçirilməsilə əlaqəli irad və təkliflərini bildirib və yay dərslərinin keyfiyyətli keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyub.
Rektor dekan və kafedra müdirlərinə yay dərslərinin nəticəsi olaraq keçiriləcək imtahan prosesində də baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini tapşırıb.
Qeyd olunub ki, Yay məktəbinə 488 tələbə müraciət edib. Bunlardan 43 nəfəri V tədris ilinə qalanlardır.
Yay məktəbi 24 fənn üzrə təşkil olunub və dərslərə
30 nəfər müəllim cəlb edilib.
Dərslər iyulun 29-dən avqustun 28-nə kimi davam edəcək.
Sentyabrın 2-dən 6-dək imtahanlar keçiriləcək.
Toplantıda prorektorlar, Tədris hissə müdiri, fakültə dekanları, kafedra müdirləri və yay dərslərini tədris edən müəllimlər iştirak edib.
turan.info.az
.