“Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsi keçiblər.
Təcrübə çərçivəsində tələbələr istehsalat sahələri, onların iş prinsipləri ilə yaxından tanış olub və nəzəri biliklərini istehsalatda
tədbiq ediblər.
Avqustun 16-da AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor
Elton Məmmədovun rəhbərliyi ilə təcrübə proqramında iştirak edən bir qrup tələbənin şirkətin rəhbəri ilə görüşü keçirilib.
“Xaliq Faiqoğlu” Şirkətinin rəhbəri Faiq Seyidov çıxışında tələbələrin nəzəri biliklərinin yüksək olduğunu vurğulayıb və əməkdaşlığın genişləndirilməsindən məmnun olduğunu bildirib.
Professor Elton Məmmədov tələbələrə yaradılan şəraitə görə şirkət rəhbərliyinə AzTU rəhbərliyi adından təşəkkür edib və imzalanacaq əməkdaşlıq müqaviləsinin zəruriliyindən danışıb.
Daha sonar "Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında yeni qaydalar əsasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə "Xaliq Faiqoğlu" şirkətində təcrübə proqramda iştirak edən tələbələrə şirkət tərəfindən sertifikatlar təqdim edilib.
turan.info.az
.