Sizi və valideynlərinizi
tələbə adı qazanmağınız münasibəti ilə
ürəkdən təbrik edirəm.
Azərbaycan Texniki Universitetini (AzTU) seçməyiniz onu göstərir ki, siz
XXI əsrin yüksək texnika və texnologiyalar əsri olduğunu qiymətləndirirsiniz.
Sizin, beynəlxalq aləmdə nüfuzu gündən-günə artan, çiçəklənən doğma Vətənimiz Azərbaycanın layiqli övladı olacağınıza, universitetdə oxuduğunuz illərdə bacarıqlı və istedadlı mütəxəssis kimi yetişərək xalqımıza sədaqətlə xidmət edəcəyinizə əminəm.
Qeyd edim ki, sizin müasir tədris standartları əsasında təhsilinizin təşkili üçün ölkəmizdə innovativ sənayenin inkişafı fonunda formalaşan universitet-sənaye işbirliyi əsasında yeni imkanlar yaradılacaqdır.
Universitetimizdə sizin yüksək səviyyədə təhsil almağınız üçün müvafiq maddi-texniki baza və şərait yaradılıb. Zəngin tarixi və şərəfli ənənələri olan universitetimizdə siz yüksək intellektual səviyyəli, xeyirxah əhval-ruhiyəli, gənclərə övlad məhəbbəti ilə yanaşan professor-müəllim heyəti ilə daim təmasda olacaqsınız.
Obyektiv və açıq rəqabət şəraitində tələbə adını qazandığınıza görə
sizə xoş arzularımı bildirir və yeni dərs ilində uğurlar arzulayıram.
Vilayət VƏLİYEV,
AzTU-nun rektoru,
Əməkdar elm xadimi,
iqtisad elmləri doktoru,
professor
turan.info.az
.