Bu günlərdə
Azərbaycan Texniki Universitetinin
"Radiotexnika və rabitə" fakültəsinin dekanı,
tanınmış alim,
texnika elmləri namizədi,
çox hörmətli dosent
Əhməd Adil oğlu Məmmədovun
70 yaşı tamam olub.
2019-cu il Mayın 29-da
Azərbaycan Texniki Universiteti
Elmi Şurasının
növbəti iclasında
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov
çox hörmətli dosent
Əhməd Adil oğlu
Məmmədovu
anadan olmasının
70 illik yubileyi
münasibətilə təbrik edərək, onun elmi-pedaqoji fəaliyyətini
yüksək dəyərləndirib,
Universitet rəhbərliyi adından ona Təbrik Ünvanı təqdim edib və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Məmmədov Əhməd Adil oğlu - 1958-ci ildə qədim Qarayazıdakı (indiki Gürcüstan Respublikasının
Qardabani rayonundakı) Kosalı kəndində dünyaya göz açıb.
1966-cı ildə Kosalı kənd orta məktəbini gümüş medalla bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki - Azərbaycan Texniki Universiteti) “Radiotexnika” ixtisasına daxil olub və 1972-ci ildə tam kursu bitirərək radio mühəndisi ixtisasına yiyələnib.
1968-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Ümumi və nəzəri elektrotexnika” kafedrasında laborant, laboratoriya müdiri vəzifələrində çalışıb.
1972-1974-cü illərdə Semipalatinsk şəhərində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
1979-cu ildə müsabiqə yolu ilə “Ümumi və nəzəri radiotexnika” (indiki – “Radiotexnika və televiziya sistemləri”) kafedrasının assistenti vəzifəsinə, 1986-cı ildə isə baş müəllim vəzifəsinə seçilib.
1988-2001-ci illər ərzində “Radiotexnika” fakultəsinin dekan müavini vəzifəsində çalışıb, 1993-1994-cü illərdə “Radiotexnika” fakultəsinin dekanı vəzifəsini icra edib. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb.
2006-cı ildən 2017-ci ilin oktyabr ayına qədər ictimai əsaslarla
AzTU Tələbə Elmi Cəmiyyətinin sədri olub.
2007-ci ildən “Radiotexnika” kafedrasının, hal-hazırda isə “Rabitə şəbəkələri və kommutasiya sistemləri” kafedrasının dosentidir.
2017-ci ildən Radiotexnika və Rabitə fakültəsinin dekanıdır.
120-dən çox elmi-metodiki işlərin, o cümlədən 2 dərsliyin, 9 dərs vəsaitinin və
21 tədris-metodiki vəsaitlərinin müəllifidir.
Dosent Əhməd Məmmədov 2011-ci ildə
AzTU-nun 60 illik yubileyi münasibətilə
Azərbaycan Respublikası Təhsil Nazirinin
Fəxri Fərmanı ilə təltif edilib.
Ailəlidir, 4 övlad atasıdır.
Azərbaycan Texniki Universitetinin
"Radiotexnika və rabitə" fakültəsinin dekanı,
tanınmış alim, texnika elmləri namizədi,
çox hörmətli dosent Əhməd Adil oğlu Məmmədovu
anadan olmasının 70 illik Yubileyı münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.