rektor əvəzi, professor
Xalıq Yahudov
universitetin
“İstilik energetikası”
kafedrasının nəzdində
fəaliyyət göstərən
“Müasir soyuducu maşın və qurğularının, enerjiqənaətli istilik nasoslarının qurluşu, istismarı və servisi” adlı ixtisasartırma kurslarını bitirən müdavimlərlə görüşüb.
“İstilik energetikası” kafedrasının sənayenin ən mühüm sahələri üzrə kadr hazırlığı həyata keçirdiyini deyən professor Xalıq Yahudov bildirib ki, son illər kafedranın madii-texniki potensialı gücləndirilib.
Rektor əvəzi qeyd edib ki, kafedranın nəzində yeni yaradılan ixtisasartırma kursları da kadr hazırlığı prosesinə öz töhfəsini verməkdədir və kadrların müvafiq innovativ biliklərə yiyələnmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
“İstilik energetikası” kafedrasının müdiri, dosent Lalə Əzizova məlumat üçün bildirib ki, kurslara müraciət edənlər çoxdur. Qeyd olunub ki, müraciət edənlər arasında regionlardan olanlar, hətta xarici ölkə vətəndaşları da var.
Görüş zamanı professor Xalıq Yahudov müdavimlərin təkliflərini dinləyib, onlarla qarşılıqlı fikir mübadiləsi aparıb.
Sonda rektor əvəzi müdavimlərə kursu bitirmələrini təsdiq edən vəsiqələri təqdim edib.
turan.info.az
.