Azərbaycan Texniki Universitetinin
"Mühəndis qrafikası" kafedrasının müdiri,
texnika elmləri namizədi, dosent
İmanov Əhməd Süleyman oğlu
Əhməd Süleyman oğlu İmanov 1965-ci ildə
qədim Borçalı mahalında anadan olub.
1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Maşınqayırma fakültəsinə iki imtahanla (eksprement yolu ilə) əla qiymətlərlə daxil olub. 1990-cu ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis mexanik" ixtisasına yiyələnib.
Təyinatla gənc mütəxəssis kimi Azərbaycan Texniki Universitetinin Mühəndis qrafikası kafedrasında saxlanıb və həmin kafedrada müxtəlif vəzifələr tutub.
Eyni vaxtda o, 1992-ci ildən Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasının dissertantı olub və 1998-ci ildə “Geniş hal parametrləri intervalında perftorkarbomların istilikkeçirməsi” mövzusunda dissertasiya müdafiə edərək, texniki elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.
2016-cı ildən "Mühəndis qrafikası" kafedranın müdiri vəzifəsində çalışır. 8 kitabın müəllifidir: 1) "Maşın qrafikasının proqram təminatı. AutoCAD 2000" (2000, 180 səh.); 2) "Tərsimi həndəsə məsələləri" (2000, 72 səh.); 3) "Tərsimi həndəsədən iş dəftəri" (2002, 34 səh.); 4) "Maşın qrafikası. AutoCAD 2002" (2004, 302 səh.); 5) "Mühəndis və maşın qrafikası" (2007, 400 səh.); 6) "Tərsimi həndəsə. Mühəndis və maşın qrafikası" (2009, 112 səh.); 7) "Mühəndis və kompüter qrafikası" (2010, 153 səh.); 8) "Kompüter qrafikası. AutoCAD 2013" (2013, 350 səh.).
İşlədiyi müddət ərzində 70-ə yaxın elmi əsəri yerli və xarici elmi jurnallarda çap olunub. Nəşr edilən elmi əsərləri əsasən "Kompüter qrafikası", "İstilik texnikasının nəzəri əsasları", "Tərsimi həndəsə", “Aerodinamika” və s. elmi sahələrə həsr olunub. Bunlar elmi məqalələr, dərs vəsaiti, tədris proqramları və metodik gostərişlərdir.
Əhməd müəllim xarici ölkələrdə elmi məzuniyyətlərdə olub. O cümlədən, Türkiyədə Gebze Yüksek Teknoloji Enstitütünun CAD/CAM (Pro/Engeener proqramı) texnologiyaları üzrə sertifikatnı alıb. Elm və təhsildə müasir kompüter texnolojiyalarından geniş istifadə edir. Kafedrada onun rəhbərliyi altında dünyada geniş yayılmış müasir kompüter texnologiyalarından və tətbiqi qrafiki proqramlardan olan AutoCAD, 3DS MAX, İnventor, SolidWorks və s. kimi proqramların tədrisi təşkil olunub. Həmçinin o, "Tərsimi həndəsə və mühəndis qrafikası", "Multimedia texnologiyaları", "Kompüter qrafikası" və s. kimi fənləri tədris edir.
Dosent Əhməd İmanov Azərbaycan Texniki Universiteti Elmi Şurasının və
"Xüsusi Texnika və Texnologiya" fakultəsi Elmi Şurasının üzvudür.
Universitetdə həyata keçirilən bir neçə yerli və beynəlxalq layihələrin iştirakçısıdır.
Elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirir.
tanınmış alim, texnika elmləri namizədi, çox hörmətli dosent Əhməd İmanovu
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.