Şəhid və Milli Qəhrəman məzunlarına həsr olunmuş “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib.
Tədbir iştirakçıları öncə universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünüə gül qoyublar.
Daha sonra Vətən uğrunda canını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun prorektoru, professor İsa Xəlilov əvvəlcə kitabın müəllifi, AzTU kitabxanasının şöbə müdiri Zöhrə Məmmədovaya rəhbərlik, professor-müəllim adından təşəkkür edib. Prorektor çıxışında, 1990-cı illərin əvvəllərində Azərbaycan ordusunun, xüsusi ilə artileriya və tank qoşunlarının formalaşmasında AzTU məzunlarının müstəsna rolunu qeyd edib. İsa Xəlilov Şəhidlərin qəhrəmanlığının gənclərə örnək olması üçün universitetdə silsilə tədbirlərin keçirilməsindən danışıb. Şəhidlərin xatirəsini hər zaman universitetdə əziz tutulmasını vurğulayan prorektor, universitetdə onların xatirəsinə ucaldılmış abidəni, muzeyin yaradılıması, filmlərin çəkilməsi, fakültə və kafedralarda guşələrin təşkil olunmasını, eləcə də mütəmadi olaraq Şəhid ailələri ilə keçirilən görüşləri diqqətə çatdırıb.
“Əbədiyyətə qovuşanlar” kitabının müəllifi Zöhrə Məmmədova bildirib ki, Şəhidləri xatırlamaq, onların xatirəsini əbədiləşdirmək vətəndaş olaraq hər kəsin borcudur. Müəllif yaxın zamanlarda kitabın rus və ingilis dilində də nəşr ediləcəyini qeyd edib.
“Əbədiyyətə qovuşanlar” kitabının koordinatoru Eldar Əzizov, AzTU-nun Şəhid məzunu Əbdülməcid Axundovun anası Ceyran Məmmədova, Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayev, AzTU kitabxanasının müdir müavini Rəşid Abdullayev, AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edərək kitab haqqında təəsüratlarını bölüşüblər.
Tədbirdə AzTU-nun professor-müəllim, tələbə heyəti ilə yanaşı şəhid ailələri, ictimai xadimlər və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri də iştirak ediblər.
Sonda tədbir iştirakçılarına müəllifin imzalı kitabları təqdim olunub.
turan.info.az
.