Heydər Əliyev Fondunun
təşəbbüsü ilə
aprel ayının 13-də
təşkil olunacaq
“Bakı Marafonu 2018”-in
təşkilat nümayəndəsinin
tələbələrlə görüşü
keçirilib.
Tədbiri giriş sözü ilə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov açıb. O, “Bakı Marafonu 2018”-in təşkilat nümayəndəsi Firdovsi Kərimovu iştirakçılara təqdim edib və “Bakı Marafonu 2018”-in əhəmiyyətindən danışaraq tələbələrə marafonda aktiv iştirak etməyi tövsiyə edib.
Marafonun təşkilatçılarından olan Firdovsi Kərimov Marafon yürüşünün yaranma tarixindən danışaraq keçiriləcək yürüş haqqında ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Qeyd olunub ki, “Bakı Marafonu 2018” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər və idmançıların da olması nəzərdə tutulur. Yürüşün keçirilməsində məqsəd son illər idman ölkəsinə çevrilən Azərbaycanı idman ölkəsi kimi tanıtmaq, sağlam həyat tərzinə dəstək olmaq və insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.
Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur.
Layihənin eksklüziv tərəfdaşı “AzərcellTelekom” şirkətidir. İcrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.
turan.info.az
.