3-cü Forumu keçirilib.
Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir.
Forumda təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, 300-ə yaxın tələbə-könüllü iştirak edib.
Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı”nın təqdimatı keçirilib. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdiriləcək.
Forumda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb.
Mükafatlandırılan fəal tələbə-könüllülər arasında Azərbaycan Texniki Universitetinin tələbəsi
Ağa Səlimov da olub.
Ağa Səlimov Proqramın 2017-ci il fəaliyyəti üzrə “İlin koordinatoru” seçilib.
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir.
turan.info.az
.