“Elektron Təhsil” Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Azərbaycan Texniki Universitetinin tələbələri - Nigar Nəbiyeva, Fuad Əliyev və Həsən Ağacanov müsabiqənin qalibləri arasında III yeri tutublar və “Elektron təhsil üzrə ən yaradıcı startap ideya” nominosiyası üzrə diplomla təltif olunublar.
Tələbələri AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qəbul edib və onlara daha böyük uğurlar arzulayıb.
turan.info.az
.