Müqəddəsdən, müqəddəsdir-
Bir həyatdır, Qumru quşu!
Dünya qədər əbədidir-
Kainatdır, Qumru quşu!
Duruşu sirr, yerişi sirr,
Baxışı sirr, ötüşü sirr,
Bir-birilə öpüşü sirr,
Məhəbbətdir, Qumru quşu!
O heç vaxt tək görünməz,
Görüşdümü tərk edilməz,
Bu sevgiyə şək edilməz,
Sədaqətdir, Qumru quşu!
Deyirlər quş timsalında,
İlahinin bu dünyada
“Mələk” adlı elçisi var!
Bəlkə “Mələk” timsalında,
Göndərib çüt qumrular?
Bəlkə elə cüt gəzməyi
O anladıb insanlara?
Yuva qurub, evtikməyi
Öyrədibdir adamlara -
Bu dünyanı quranlara?
Bəlkə həzin xoş səsiylə
Mahnı demək həvəsiylə
Göndərilib yerə Qumru?
Nəğmə ilə, nəfəs ilə,
Yeni-yeni xoş səs ilə
Ömrü verməz yelə Qumru!
Bəs görəsən nədən belə
Sinə gəlib əsən yelə
Cüt balalar gətirərək
Haray salır eldən-elə?
Yer üzünün tanrı quşu,
Çox sevimli Qumru quşu!
Ey insanlar! Bilin bunu,
Başa düşün Siz Qumrunu!
Yaranmışlar yaşatmalı
Öz nəslini-öz yurdunu
Yaranmışlar yandırmalı
Ocağın sönmüş odunu!
Bax bununçün Qumru quşu-
Bu dünyanın Tanrı quşu,
Tab gətirib qətiyyətə
Dözüb minbir əziyyətə,
Öz nəslini artıracaq
Qoşulublar ülviyyətə!
Qoşulublar ülviyyətə!
Cüməli Kərim oğlu QƏNIYEV,
AzTU-nun fizika kafedrasının dosenti,
Texnika üzrə fəlsəfə doktoru.