2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edərək onlara təhsildə yeni uğurlar arzulayıb.
Təqaüdə layiq görülənlərdən dördü Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.
AzTU-nun adlı təqaüd qazanan tələbələri Energetika fakültəsindən Murad Rzayev, Maşınqayırma fakültəsindən Samir Əmirli, Avtomatika və kompyuter texnikası fakültəsindən Elvin Mahmudov və Metallurgiya fakültəsindən Ülviyə Dünyamalıyeva olub.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin budəfəki adlı təqaüdlərinin məbləği 250 AZN olub.
turan.info.az
.