AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans Azərbaycan Texniki Universitetində (AzTU-da) İKT-nin müasir vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub

Noyabrın 23-də AzTU-nun böyük akt zalında “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan AzTU-nun rektoru əvəzi Xalıq Yahudov konfransın əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır. Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan AzTU bu istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub. Ölkəmizdə İKT-nin mövcud vəziyyətindən bəhs edən X.Yahudov ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, İKT sahəsi bu gün də Azərbaycanda prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün sərəncamlar imzalanıb, Dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir.

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov əvvəlsə konfrans iştirakçılarına təhsil naziri cənab Mikayıl Cabbarovun səmimi salamlarını çatdırıb. Sonra o, bu gün İKT-nin bütün sahələri əhatə etdiyini deyib və bu sektorun inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, təhsil ocaqlarında informasiya texnologiyalarının tətbiqi üzrə aparılan işlər müsbət nəticələr verməkdədir. Ölkəmizdə bu sahədə mövcud potensial və beynəlxalq təcrübə nəzərə alınmaqla icra olunan layihələrin sayının artması İKT-nin inkişafı üçün yeni imkanlar aça bilər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov əvvəlsə konfrans iştirakçılarına Rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadənin səmimi salamlarını çatdırıb. Sonra o, “Azərbaycanda İKT infrastrukturunun inkişaf meyilləri” mövzusunda məruzə ilə çıxış edib, son illər ölkəmizdə İKT infrastrukturunun xeyli inkişaf etdirildiyini bildirib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanda bu sahənin sürətli inkişafına güclü təkan verib. Sənəddə yer alan əsas vəzifələrdən biri inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsidir. Bu hədəflərə nail olunması, şübhəsiz, ölkəmizin hərtərəfli inkişafına töhfə verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev informasiya texnologiyalarının tətbiqinin gələcəkdə daha da genişlənərək qlobal xarakter alacağını qeyd edib. Bildirilib ki, bu tendensiyanın sürətli inkişafı müvafiq sektorda innovasiyaları izləmək və tətbiq etmək zərurəti yaradır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev təmsil etdiyi elm müəssisəsinin direktoru, texnika elmləri doktoru, professor, AMEA-nın akademik-katibi, AMEA-nın həqiqi üzvü, akademik Rasim Əliquliyevin səmimi salamlarını çatdırıb.

Daha sonra konfransda Türkiyənin “MilSOFT” şirkətinin təmsilçisi Tolqa Çelikin “Müdafiə sahəsində yeni informasiya texnologiyalarının tətbiqi - MilSOFT yanaşması”, AzTU-nun çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənovun “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri” mövzularında məruzələri dinlənilib.

Çıxış edənlər İKT sektorunun çoxşaxəli inkişafının vacibliyini vurğulayıb, AzTU-nun bu sahəyə verdiyi töhfələrdən danışıblar.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Səfər Səfərov, Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə, respublikanın bir sıra tanınmış elm və təhsil adamları, ictimaiyyət nümayəndələriı iştirak ediblər.

Plenar iclasa AzTU-nun rektoru əvəzi Xalıq Yahudov yekun vurub.

Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Noyabrın 25-dək davam edən konfransda müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparılıb.

Müşfiq BORÇALI,
turan.info.az


.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

Elm
“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

Hüquq
QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB

QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB

BMU, AzTU, Tv
AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri araşdırılıb

Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri araşdırılıb

AzTU
AzTU-da “Cisco” şəbəkə akademiyası fəaliyyətə başladı

AzTU-da “Cisco” şəbəkə akademiyası fəaliyyətə başladı

AzTU
AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar ke ...

AzTU
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Digər bölmələr
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Nazirlik, "Zirvə"
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Rəy yazın: