Təqdimatda iştirak edən Universitetin tərbiyə işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor İsa Xəlilov tələbələrə ictimai fəallıqla bağlı tövsiyələr edib. Prorektor bildirib ki, ictimai fəallıq tələbələrə gələcək karyeralarında uğur əldə etməyə kömək edəcək.
Daha sonra mərkəz haqqında geniş məlumat verilib.
Mərkəzin direktoru Vüqar Əliyev çıxışında Gənclərin Virtual İnkişaf və İdarəetmə Mərkəzinin ilk dəfə olaraq AzTU-da yaradıldığını vurğulayaraq gələcəkdə böyük tələbə gənclər şəbəkəsi formalaşdırmaq niyyətində olduqlarını bildirib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı isə çıxışında AzTU-da bütün ictimai təşkilatların birgə fəaliyyət göstərdiyini və bir missiyaya xidmət etdiklərini diqqətə çatdıraraq yeni yaranmış mərkəzin qurucularına uğurlar arzulayıb.
.