Müəllim və tələbələr ötən istirahət gününü təbiətin qoynunda keçirərək, Nabranın yaşıl meşələrini, Xəzərin sahillərini gəzmiş, musiqi qruplarının ifasında şən mahnılar dinləyərək rəqs ediblər və xoş təəssüratlarla şəhərə qayıdıblar. Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi bu səfər xoş xatirə kimi yaddaşlarda qalacaqdır.
AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov bildirib ki, hər yay aylarında Universitetin professor-müəllim və tələbə heyəti həmin bazanın xidmətlərindən müntəzəm olaraq istifadə edir.
Yaşanan bu gözəl günə görə müəllim və tələbələr Universitet rəhbərliyinə təşəkkür ediblər.
.