Tədbirdə AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov 9 May Qələbə günü münasibətilə veteranlara AzTU-nun rektoru, professor Havar Məmmədovun təbrikini çatdırıb. Prorektor çıxışına davam edərək 1941-45-ci illərdə azərbaycanlıların qanlı döyüş cəbhələrində rəşadət göstərdiklərini, qələbə uğrunda sonadək qəhrəmancasına mübarizə apardıqlarını qeyd edib. Həmyerlilərimiz göstərdikləri igidliyə görə SSRİ-nin müxtəlif orden və medalları ilə mükafatlandırılıb, onlarla döyüşçümüz isə “Sovet İttifaqı Qəhrəmanı” kimi şərəfli ada layiq görülüb.
Görüşdə Qarabağ uğrunda gedən döyüşlərdə Universitetin Şəhid məzunlarının qəhrəmanlıqlarından danışılıb və onların xatirəsinin əbədi olaraq yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Daha sonra AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri Şikar Qasımov, AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov ölkəmizdə döyüş yolu keçən cəbhəçilərə dövlət qayğısından, onların sosial durumunun yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən söz açıblar.
Çıxışlarda qeyd olunub ki, bugünkü gənclər döyüşlərdə qəhrəmanlıq göstərən veteranlardan nümunə götürməli, Vətəni sevməli, doğma Azərbaycanın maraqlarını qorumalı, bütün sahələrdə öz uğurlarını gündən-günə artıran müstəqil respublikamıza sədaqətlə xidmət etməlidirlər.
Sonda rektorluq və Universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müharibə veteranlarına pul mükafatı təqdim edilib.
Onlara göstərilən diqqət və qayğıya görə veteranlar Universitetin rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədova təşəkkür ediblər.
.