ESTIEM təşkilatdının üzvü olan ESTIEM LG Baku 2011-ci ildə təşkilata “Qonaq Grup” statusu ilə qəbul olunmuşdur. Artıq beş ildir ki Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən ESTIEM LG Baku Polşa, Serbiya, Hollandiya, Portuqaliya, Türkiyə, Macarıstan, Fransa, Latviya, Avstriya kimi bir sıra ölkələrdə baş tutan layihələrdə iştirak edib.
Digər tərəfdən 2014 Payız Şura Görüşündə Lokal Qrup Bakı təşkilatının üzvlərinin müraciəti əsasında Bakı “Qonaq Local Qrup” Statusundan çıxaraq “Müşayidəçi” statusunu qazanmışdır.
20 - 27 Mart 2016 tarix aralığında ESTIEM LG Baku özünün ilk beynəlxalq layihəsi olan “Europe3D Azerbaijan” - Azərbaycanın 3 istiqamətdə: iqtisadi, siyasi və mədəni tanıtımını həyata keçirdi. Belə ki, Avropanın 20 müxtəlif ölkəsindən 25 tələbə Bakıda baş tutan bir həftəlik tədbir çərçivəsində öncədən hazırlanmış gündəlik əsasında təlimlərdə iştirak edərək, tariximiz, iqtisadiyyatımız və mədəniyyətimiz ilə yaxından tanış olmuşdular. Azərbaycanda keçirilən “Europe3D” layihəsi ESTIEM-ə üzv olan Avropa Universitetlərinin keçirdiyi layihələr sırasında “Qışın Ən Uğurlu Layihəsi” nominasiyasında birinci yerə layiq görülmişdir.
Azərbaycan Texniki Universitetinin diqqətini hər zaman üzərində hiss edən ESTIEM Lokal Qrup Bakı məhz Universitetin dəstəyi ilə 2016-cı ilin aprel ayında Portuqaliyanın Porto şəhərində baş tutan Yaz Şura Görüşündə təşkilatın Azərbaycandaki rəhbəri Nəzrin Şamxalova tərəfindən təmsil olunmuş və “Full Member” statusunu əldə etmək üçün müraciət etmişdir.
Şuranın qərarı ilə Lokal Qrup Bakı “Full Member” statusunu qazanaraq ESTIEM-ə hüquqi üzv kimi qəbul edilmişdir.
Qısa müddətdə çox sayılı uğurlara imza atan ESTIEM LG Baku təşkilatı qarşısına məqsəd kimi Azərbaycanda Mühəndislik və Menecment üzrə təhsil alan tələbələri bir araya gətirərək tələbələrin akademik səviyyəsi və şəxsi inkişaflarını yüksəltməyi qoymuşdur. Bu məqsədi həyata keçirməkdə Lokal Qrup Baki ən böyük dəstəkçisi kimi Azərbaycan Texniki Universitetini görür.
Təşkilatın rəhbəri Nəzrin Şamxalova Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədova təşkilata görsətdiyi diqqət və qayğıya görə təşkilat üzvləri adından təşəkkür edir!