Martın 30-da Azərbaycan Texniki Universitetində Grant Tədris Mərkəzinin rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir.
Görüşdə Tədris Mərkəzinin peşəkar heyyəti AzTU-nun tələbələri ilə müzakirələr apararaq yeni metodların tətbiqi haqqında danışmışlar.
AzTU-nun tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov çıxışında tələbələrə kreativliyin daha da inkişaf etdirilməsini tövsiyyə etmişdir.
O, bildirmişdir ki, müasir zamanda təkcə təhsillə kifayyətlənməmək, həmçinin yaradıcı olmaq lazımdır.
Daha sonra Grant Təhsil Mərkəzinin rəhbəri Vüqar Əliyev mərkəz haqqında ərtaflı məlumat vermiş və universitet tələbələrinin yaradıcı fikirlərinə böyük ehtiyac olduğunu vurğulamışdır.