“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb”

“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb” Cavid SƏFƏROV: “Artıq azərbaycanlı alimlər üçün Almaniyada elmi fondların maliyyə dəstəyini qazanmaq, nüfuzlu elmi jurnallarda məqalələr nəşr etdirmək və başqa elmi nailiyyətlər elə də çətin deyil”

Layihə çərçivəsində Almaniyanın Rostok Universitetinin Texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərovla müsahibəni təqdim edirik

- Bu gün azərbaycanlı beyni Almaniyada öz sözünü deyibmi?
-Azərbaycan bu gün sürətlə inkişaf yolundadır. Əlbəttə, elmi araşdırmaların və təhsilin inkişafını da bunlara misal gətirmək olar. Azərbaycan gəncləri vətənimizin maliyyə dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar və elm mərkəzlərində araşdırmalar aparırlar. Bütün bunlar Azərbaycan alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirir. Almaniyada da çoxsaylı Azərbaycan gəncləri təhsil alır və elmi mərkəzlərdə araşdırmalar aparırlar. Eyni zamanda Almaniyada elmi araşdırmalarla bizim kimi orta nəslin nümayəndələri də intensiv məşğul olur. Artıq azərbaycanlı alimlər üçün Almaniyada elmi fondların maliyyə dəstəklərini qazanmaq, nüfuzlu elmi jurnallarda məqalələr nəşr etdirmək və başqa elmi nailiyyətlər elə də çətin deyil. Bu sarıdan deyə bilərəm ki, bəli, bu gün Azərbaycan beyni Almaniyada öz sözünü deməyə başlayıb və bu nailiyyətlər uğurla davam etdirilir.

-Siz hazırda hansı elmi araşdırmalarla məşğulsunuz?
- Hal-hazırda yeni elmi qurğu hazırlayırıq. Eyni zamanda bir neçə alman firması üçün qapalı layihələr yerinə yetiririk. Bundan başqa, dizel və alifatik spirt qarışıqlarını dizel mühərriklərində yeni yanacaq növü kimi tətbiq etmək üçün analiz edirik. İonlu mayelər, dəniz suları, karbon dioksid - CO2 qazının mayelərdə həll olması elmi istiqamətləri mütəmadi olaraq yerinə yetirildiyi üçün indi bu araşdırmalar ilə də məşğulam. Bu il bir neçə konfransda çıxışlarım planlaşdırılıb. Bu konfrans materiallarının təcrübi və nəzəri hazırlanması da əsas işlərimizdəndir.

- Diaspor fəaliyyətində hansı aktivlik göstərirsiz?
-Azərbaycan hər bir azərbaycanlının vətənidir. Vətəndən kənarda yaşayanda da gərək Vətənlə bir nəfəs alasan. Fəxrlə qeyd etmək istəyirəm ki, bu sahədə Almaniyada çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin, xüsusilə də Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniyada təşkil edilən mədəni, siyasi proqramlar bu sahədə çox böyük rol oynayır. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi ilə çox sıx əlaqələrimiz var. Mütəmadi olaraq səfirliyin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Bu tədbirlərdə Rostok Universitetinin əməkdaşları da böyük maraqla iştirak edirlər. Eyni zamanda Rostokda dəfələrlə Azərbaycanla bağlı tədbirlər təşkil etmişik. Almaniyada Azərbaycan diaspor cəmiyyətləri çoxdur. Bu təşkilatlar, əsasən, böyük şəhərlərdə (Berlin, Hamburq, Münhen, Köln, Nürnberq, Ştutqart, Hannover və s.) yerləşirlər. Bu cəmiyyətlərimiz tez-tez müxtəlif siyasi və mədəni tədbirlər təşkil edirlər. Mən və ailə üzvlərim bu tədbirlərdə iştirak edirik. Amma bir elm adamı kimi hesab edirəm ki, mənim əsas vəzifəm Azərbaycan elminin, elmi mərkəzlərin, universitetlərin Almaniyada təbliğ olunmasıdır. Məhz buna görə də mən, əsasən, diaspor fəaliyyətimi Azərbaycan elm mərkəzlərinin Almaniya universitetləri və elmi institutları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsində görürəm.

“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb” - Azərbaycanla Almaniya arasında elmi əməkdaşlığın inkişafı istiqamətində hansı işlər görürsüz?
-Almaniyada ilk çalışdığım illərdən bu sahədə də müəyyən işlər görürəm. Əlbəttə, təhsil aldığım Azərbaycan Texniki Universiteti ilə hazırda çalışdığım Rostok Universitetinin artıq 17 ildən çox olan əməkdaşlığı bu sahədə bir parlaq nümunə ola bilər. Burada Azərbaycan Texniki Universitetinin rektoru professor Havar Məmmədovun, İstilik və soyuqluq texnikası kafedrasının müdiri, professor Astan Şahverdiyevin və Rostok Universitetinin Texniki termodinamika kafedrasının müdiri, Maşınqayırma və gəmiqayırma texnologiyası fakültəsinin dekanı, Azərbaycan Texniki Universitetinin fəxri doktoru, professor Eqon Hasselin bu əməkdaşlığa elmi dəstəklərini xüsusilə vurğulamaq istəyirəm. Azərbaycana, Azərbaycan xalqına dərin məhəbbəti olan professor Hassel uzun illər ərzində bu əməkdaşlığa rəhbərlik edir və Azərbaycana mütəmadi səfərlər edərək elmi işçilər və tələbələr qarşısında mühazirələr oxuyur, elmi araşdırmalarda AzTU-nun alimlərinə yaxından köməklik göstərir. Bu illər ərzində texniki termodinamika sahəsində, xüsusilə də texniki proseslər üçün istilik-fiziki xassələrin ölçülməsində birlikdə elmi araşdırmalar aparmışıq, 150-dən çox beynəlxalq miqyaslı məqalələr və konfrans materialları dərc etdirmişik, 10-a yaxın elmi istiqamətlərdə araşdırmalar aparmışıq. Mayelərin istilik-fiziki xassələrinin öyrənilməsi sahəsi illər öncə AzTU-dan Rostok Universitetinə inteqrasiya edildi və indi də bu birgə araşdırmalar müvəffəqiyyətlə davam etdirilir. Belə ki, bu illər ərzində çoxsaylı birgə layihələr həyata keçirmişik. Xəzər dənizinin, Kür çayının, Azərbaycanın 150-dən artıq geotermal və mineral sularının istilik-fiziki xassələri öyrənilib. Təcrübələr Bakıda və Rostokda aparılır. Hər il AzTU-nun əməkdaşları Rostokda elmi işlər aparmağa gəlirlər. Rostok Universitetinin alimləri isə AzTU-da elmi müdafiələrdə iştirak edirlər, mühazirələr oxuyurlar, gənc alimlərə müasir elmi araşdırmalarda köməklik edirlər. 2005-ci ildə Aleksandr von Humboldt fondunun maliyyə dəstəyi ilə buxar təzyiqinin ölçülməsi üçün elmi qurğu AzTU-ya hədiyyə olunub. 2012-ci ildə Rostok Universitetinin rektoru Prof. Wolfqanq Schareck Universitetin professor heyəti ilə birlikdə Bakıda olub və yerli elmi potensial ilə tanış olub. Bu elmi əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Texniki Universiteti ilə Rostok Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi hər iki universitetlər arasında tədris və elmi araşdırmalar sahələrində mübadilənin daha da inkişaf etdirilməsidir. Bu yaxınlarda Rostok Universitetində hazırlanmış və dünyada analoqu olmayan 3 laboratoriya qurğusu tələbələrin istifadəsi üçün AzTU-ya təhvil verilib.
Başqa bir uğurlu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Elmi-Tədqiqat İnstitutu ilədir. Hörmətli akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ildə Rostokda hər iki elm mərkəzləri arasında əməkdaşlıq protokolu imzaladı. Qısa müddət ərzində institutun 4 elmi işçisi Rostoka ezam olundu və 1 il ərzində ən müasir qurğularda neft və kimya sahəsində əhəmiyyətli elmi işlər yerinə yetirdilər. Bu işlər bu gün də davam edir. Hal-hazırda Azərbaycan neft və kataliz məhsullarının istilik-fiziki və kimyəvi xassələri Rostok Universitetin və Neft-Kimya Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında birgə tədqiq edilir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə də artıq bu sahədə əməkdaşlıq yolları araşdırılır. Bu cür əməkdaşlıq gənc azərbaycanlı elm adamlarına daha çox lazımdır. Onların beynəlxalq biliklərə yiyələnməsinə imkanlar yaradır. Ona görə də gənc elmi işçilər xaricdə aldıqları elmi bilikləri sonra Azərbaycanda tətbiq etmək imkanı qazanırlar.

- Gələcək planlarınız haqqında nələri deyə bilərsiz?
-Əlbəttə, gələcəkdə də əsas məqsəd bu elmi araşdırmaları, Azərbaycan elm mərkəzləri ilə elmi əməkdaşlığı davam etdirməkdir. Azərbaycanda texniki elmi araşdırmaların keyfiyyətini dünya standartlarına qaldırmaq üçün texnika sahəsində çalışan alim kimi hələ çox işlərin görülməsini vacib hesab edirəm. Bu sahədə səy və bacarığımı heç bir zaman əsirgəməyəcəyəm. Fürsətdən istifadə edərək dünya azərbaycanlılarını və xüsusiilə də “Palitra” (Palitranews.az) qəzetinin bütün əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizlərə yaradıcılıq uğurları arzu edirəm.

Fuad Hüseynzadə,
Palitra


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

AzTU, "Şərqin səsi", Avropa
Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

AzTU
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş ...

AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş ...

AzTU
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU
AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində ...

AzTU, QHT
Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

AzTU
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-nun MƏZUNLARI, Digər bölmələr, AzTU
AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU
AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU-nun Almaniya və Çexiya universitetləri ilə əlaqələri genişləndirilir

AzTU
AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzTU İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edəcək

AzTU, Turan
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
Rəy yazın: