Tədbirdə iştirak edən Layihənin baş koordinatoru Jean-Noel Pachoud layhə haqqında geniş məlumat verib.
Jean-Noel Pachoud bildirib ki, Azərbaycan, Rusiya və Çin iştirak etdiyi layihədə əsas məqsəd Avropa universitetləri ilə tərəftaşlıqdır.
“Bununla çox böyük qlobal problemlərin qarşısını almaq niyyətindəyik. Layihə uğurla başa çatarsa iqlim istiləşməsinə qarşı mübarizə, bərpa olunan enerjinin səfərbər olunması və enerji səmərəliliyi və s. kimi naliyyətlər əldə olunacaq”.
Proqramın Azərbaycan üzrə kordinatoru, AzTU-nun professoru Həsən Hüseynovun sözlərinə görə, ERASMUS+LPEB fənn proqramları Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə və distant formada aparılacaq. Eyni zamanda üç ölkənin hər biri üçün fənn proqramlarını və onların məzmunlarının dolğunlaşdırılması, 30 müəllimin Avropa İttifaqında təkmilləşdirilməsi, yeni kurslar üzrə 150 tələbənin hazırlanması mütləqdir.
Müddəti 36 ay olan layihədə Azərbaycan, Rusiya və Çin iştirak edir. ERASMUS+LPEB layihəsində Azərbaycandan üç universitet, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir.
.