Həmişə öndə olan insan - Nəhayət Şirinova

Həmişə öndə olan insan - Nəhayət Şirinova Məhəmməd peyğəmbərin hikmətli kəlamlarından birində deyilir:
- “Adamlarda üç gözəl xüsusiyyəti - həya, etibar, dürüstlük gördünüzmü, bərk yapışın. Ən böyük fəzilət mehribançılıqdır.”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında işlədiyimdən pedaqoji fakültənin əməkdaşı Nəhayət xanım Şirinova ilə tez-tez görüşürük.
Deyə bilərik ki, yuxarıda qeyd etdiyim müqəddəs kəlamları onun şəxsində, müxtəlif yaşda olan adamlarla davranış və ünsiyyətdə müşahidə etmək mümkündür.


Nəhayət Məhəmməd qızı Şirinova 1981-ci ildə Quba rayonunun, Ağçayın sahilində, dəniz səviyyəsindən 876 m hündürlükdə olan ərazidə qərar tutan çox füsünkar təbiətə malik Tülər kəndində müəllim ailəsində anadan olmuşdur.
Tülər kənd orta məktəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində almışdır. Daha sonra ölkə xaricində Ukraynanın paytaxtı Kiyev şəhərində Reqionlararası Personalın İdarəetmə Akademiyasında oxumuşdur. Bir müddət rayonun Yerfi və Güləzi məktəblərində texnologiya müəllimi kimi biliklərin əsasını şagirdlərə mənimsətmişdir. Nəhayət xanım rayonda “İnkluziv Təhsil” üzrə beynəlxalq dərəcəli təlimçidir. YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini kimi çalışıb.
2013-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında işləyir. 2014-cü ildən Respublika Qadınlar Cəmiyyətinin, 2015-ci ildən Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. O, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin, “Borçalı” nəşriyyatının redaksiya heyətinin, Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi və “Ay işığı” ədəbi məclislərinin fəal üzvlərindəndir. “Elm və Təhsil” qəzetinin şöbə müdiri və “Şərqin səsi” qəzetinin redaktorudur. Eyni zamanda “Zirvə” İnformasiya mərkəzinin, “turan.info.az”, və “Vətənim-Azərbaycandır.az” saytlarının Şimal zonası üzrə nümayəndəsi, “44GÜN.ORQ” xəbər portalında baş redaktorun müavinidir.
Nəhayət müəllimə məktələrdə fəaliyyət göstərdiyi ilk günlərdən şagirdlərin qabaqcıllar sırasında olması üçün çalışmış, onların lazımı savad qazanmalarında bu günün tələbləri səviyyəsində işləməyə səy göstərmişdir. Nəhayət müəllimə günün tələblərinə uyğun olaraq fənnə maraq oyatmaq üçün daha innovativ üsullardan istifadə etməylə, vaxtaşırı sinifdənxaric tədbirlərin təşkilinə, fənn günləri və distuplar keçirməyə olan marağları ilə daima seçilmişdir. Ən üstün strategiyası isə şagirdlərini sərbəst düşünməyə sövq etməsidir və bunun qarşılığı olaraq sagirdləri məntiqi və idrak fəaliyyətinə, intellektual səviyyənin inkişafina yönəltməni təmin edə bilmişdir.
Bəli, Nəhayət müəllimə öz əxlaqı, nifuzu, səbri, və təmkini ilə bir çox insanlardan fərqlənir. O, öz əxlaqi-estetik görüşləri ilə həm özünün həm də ətrafının mənəvi-psixoloji aləmini gözəlləşdirməyi başaran xanımlarımızdandır. Bir qayda olaraq o, qarşıya qoyulan didaktik tələblərin uğurla həyata keçirilməsi üçün fəal təlim üsullarından yaradıcı şəkildə istifadə edə bilir. Bütün bunlarla birlikdə təlimi şəxsiyyətyönümlü etmək onun əsas iş prinsipidir.
Nəhayət xanım poeziya vurğunudur. Şeirləri respublikanın 20-dən çox mətbu orqanında və “Gülüstan inciləri”, “Şabran nəğmələri”, “Ulduzlar” kimi 10-dan çox şeir toplularında işıq üzü görmüşdür. Bu yaxınlarda isə “Gözün aydın Xarı Bülbül” adlı ilk şeir kitabının nəşrinə nail ola bilmişdir.
Demək olar ki, Nəhayət xanım duyğusal şairəmizdir. O, bədii sözün gücüylə insanların qəlbində incə duyğular yaradaraq oxucunun şüuruna təsir edir. Pedaqoq-şairəmizlə tanışlığın elə ilk anlarından onun öz yurduna-yuvasına, vətəninə və ümumilikdə türk dünyasına nə qədər bağlı bir insan olduğunu hiss etməmək mümkün deyil. Mənə bağışladığı “Gözün aydın Xarı Bülbül” kitabını çox yüksək bir şövqlə, birdəfəyə oxudum və elə ilk sətirlərdən yüksək insanpərvərlik, vətənpərvərlik, eləcə də məhəbbət ideyaları üzərində qələmə alınan bu şeirlər ürəyimcə oldu. Vətənpərvər şairənin fikrincə vətəni sevmək azdır,onun tərəqqisinə sevinməyənləri, bir gül becərməyib, bir gül dərməyənləri bədnam etmək, belələrini vətən torpağında gəzməyə, onun havasını udmağa həsrət qoymaq vacib və şərəflidir.
Vətən torpağını xəyalən qarış-qarış gəzən şairə xanım qurub-yaradan gənclərin, II Qarabağ savaşında vuruşaraq qəhrəmanlıqlar nümayiş etdirən oğullarımızın yüksək əxlaqi keyfiyyətlərini gördükc, eşitdikcə sevinir. Vətənpərvər xanımımız gəncləri də özü kimi vətənpərvər görmək istəyir.
Təsadüfi deyil ki, Nəhayət xanım “ Qızıl Qələm”, “Araz”, “XXI əsrin ziyalısı”, “Ulu Öndər”, “Abdulla Şaiq”, “Səməd Vurğun” və sair kimi ali səviyyəli mükafatlara layiq görülmüşdür.
Nəhayət Şirinova əsl insan, ürəyi kövrək xatirələrlə dolu bir ömür yaşayır. Sadalanan bir çox xüsusiyyətlərin ən başında duran isə onun çox gözəl bir ailə başçısı olmasıdır. Onun Nübar, Asif, Arzu adında üç gözəl və əməlisaleh övladları var. Nübar Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini fərqlənmə diplomu ilə bitirmişdir. Oğlu Asif Bakı Dövlət Universitetinin Qazax filialının IV kurs, “Turizm və otelçilik” fakültəsində, kiçik qızı Arzu isə Quba Dövlət Sosial İqtisadi Kollecin II kurs, “Vergi və vergitutma” fakültəsində təhsillərini davam etdirirlər.
Nəhayət xanım həyat yoldaşı Ədalət Şirinov ilə birlikdə övladları ilə fəxr edir, onların sağlam və savadlı, bir sözlə doğma Azərbaycanımıza layiqli əsl vətəndaş kimi inkişaflarına çalışırlar.
Qəlbi fəaliyyət, böyüyən nəslə təlim və və tərbiyə istiqamətində yüksək səy, ilə dolu olan Nəhayət xanım Şirinovanın bu yaxınlarda 40 yaşı tamam olmuşdur. Bu münasibətlə biz də onu ürəkdən təbrik edir, ona işlərində yeni-yeni uğurlar arzulayırıq.

Şıxəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialının
“Təbiət fənnləri və onun tədrisi metodikası”
kafedrasının baş müəllimi,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü.
A.A.Bakıxanov adına “Gülüstan” ədəbi məclisinin sədri


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gözün aydın, Xarı Bülbül”

“Gözün aydın, Xarı Bülbül”

Yeni nəşrlər, ADPU, Turan
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
Qubada Kitab bağışlama günü qeyd olunub

Qubada Kitab bağışlama günü qeyd olunub

Regionlar, ADPU
Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

ADPU, "Şərqin səsi", Təbriklər
Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Təbriklər
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Nəhayət Şirinova (1981):

Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"

Müsabiqə
Şərəfli həyat yolu - Qələmşah İdrisov

Şərəfli həyat yolu - Qələmşah İdrisov

ADPU, "XXI əsrin Ziyalıları"
Nəhayət ŞİRİNOVA:

Nəhayət ŞİRİNOVA: "Yeni Azərbaycan Partiyası sıralarında uğura yol alan Az ...

YAP, Köşə yazılar
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Quba filialının qabaqcıl müəllimləri təltif edilib

Quba filialının qabaqcıl müəllimləri təltif edilib

ADPU, Təbriklər
ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

ADPU, Köşə yazılar
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
Xeyirxah insan - NÜBAR VEYİSQIZI

Xeyirxah insan - NÜBAR VEYİSQIZI

Borçalı, Başkeçid
Rəy yazın: