Heydər Əliyev irsinin layiqli davamçısı

Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan xalqının qüdrətli lideri, dünya şöhrətli siyasətçi, böyük dövlət adamı, siyasi arenanın qibtə etdiyi qalib sərkərdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun dövlətçilik siyasəti haqqında nə qədər yazsaq da buna saatlar günlər bəs etməz.
Dünya ölkələrinin diqqət mərkəzində olan bu böyük siyasətçinin ömür yoluna çox qısa,ekskursiya, edək.
Mən deyərdim ki, İlham Əliyevin həyat yolu bir dərsliyə çevrilməlidir. O tarixə düşən qalibiyyət əldə edən nadir şəxsiyyətlərdəndir.


1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Peşəkar diplomat və uğurlu dövlət xadimi kimi formalaşmasına səbəb olmuş bir təhsil yolu keçmişdir bizim Prezidentimiz. Belə olmaması isə mümkün deyildi. Cünki o, Heydər Əliyev kimi bir dahinin ocağında dünyaya göz açmışdı.

Dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi formalaşmasına səbəb olmuş, dərin elmi bilik və zəngin təcrübəni özündə birləşdirən peşəkar fəaliyyət Yoluna isə ilkin olaraq Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimliyi ilə başlayıb. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
Bu mötəbər vəzufgələri icra,edən ölkə başçımızın ən ali vəzifəsi isə sadəlik olmuşdur. Bəlkə də onu milyonların sevimlisi edən ən gözəl cəhətlərdən biri və birincisi də elə bu idi.
Daha sonra isə xalqının sevgisini və rəğbətini qazanan bu böyük insan İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faizini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Hər ölkəyə nəsib olmur belə bir bacarığlı dövlət başçısına nail olmaq.
Bu xalqımıza ilahidən göndərilən bir töhfədir. Bəli Cənab Prezidentimizin hər uğur dolu addımı beləcə onun həyat yolunu zənginləşdirməkdə davam edir.
Ulu Öndər Heydər Əliyev deyirdi: Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli bu sözlər heç əbəs yerə deyilməmişdi və zaman keçdikcə bütün xalqımız buna şahid oldu.
Ulu Öndərimizin şah əsəri olan
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Təyinatın ardınca isə İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanıldı. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldı. Partiyanın yeni proqramının hazırlanması üzrə işlərə və kadr islahatlarına başlanıldı. Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamağa başladı.
Ölkə başçımız İlham Əliyevin Beynəlxalq münasibətlər sistemində ölkənin nüfuz və statusunu artıran xarici siyasəti və qlobal təşəbbüsləri saya hesaba gəlməzdir.
Bu müstəqil siyasətin bəhrəsi kimi Azərbaycanın təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatınına ölkəmizin sədrlik etməsi, Qlobal BakRegionun yeni geosiyasi reallığınıı Forumu, Reqionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi və s onlarla belə nəhəng layələri geyd edə bilərik.
gündəmin ən öncül olaylarından olan Rusiya-NATO əməkdaşlığı ilə əlaqədar danışıqların davamlı şəkildə Bakıda aparılması faktı Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil xarici siyasətinin göstəricisidir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
Amma Cənab Ali Baş Komandanımızın dünyanı riqqətə gətirdiyi hadisə 44 günlük müharibənin Zəfərli sonu oldu.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Çox az xalqlr varki bu qalibiyyət sevinci ilə qürurlansın.Azərbaycan xalqı həqiqətən xoşbəxt bir xalqdır. Çünki onun ilham Əliyev kimi bir prezidenti, ali lideri vardır.

Allah Cənab Ali Baş Komandanımızı, müzəffər sərkərdəmiz olan İlham Heydər oğlu Əliyevi hifs etsin.Bundan sonrakı ideoloji fəaliyyət istiqamətində də bol bol uğurlar arzu edirik.
Tanrı dövlətimizi və dövlət başçımızı qorusun!

Heydər Əliyev irsinin layiqli davamçısı
Nəhayət Şirinova,
İctimaiyyətçi,
ADPU Quba filialının əməkdaşı,
AJB-nin üzvü,
"Zirvə informasiya mərkəzinin və
Zım.az saytının şimal zonası üzrə nümayəndəsi.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB PREZİDENT!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB PREZİDENT!..

Əsas xəbər, Azərbaycan, Prezident
Ümummilli lider

Ümummilli lider

Prezident
Ölkənin  aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

Ölkənin aparıcı siyasi qüvvəsi olan YAP-ın VII qrultayı ölkə gənclərinin b ...

YAP, Regionlar, ADPU
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
AzTU tələbələri

AzTU tələbələri "Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bi ...

AzTU
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumre ...

YAP
Rəy yazın: