Bu sevinci bizə yaşadan Cənab Ali Baş Komandanımız İlham Əliyevin azad olunmuş əzəli və əbədi Azərbaycan torpağlarına, hər şəfəri bizlərə bu ilhamı bəxş edir.
Nə qədər gözəldir dünya, arenasında öz sözünü demiş bir cəsarət sahibinin, tarix yazan bir sərkərdənin hər səfərini izləmək.
"Dəmir yumruq" adı altında keçirilən əməliyyatlar bizi doğma Şuşamıza, Ağdamımıza, Fizulimizə, Zəngilanımıza və diqər baş tacımız olan torpağlrımıza qaytardı.
Xocavəndi 30 ildir yuxularımızda arzu edirdik, bu gun isə Ali Baş Komandanımız Xocavənddə gürur dolu duruşu ilə düşmənə dağ çəkir.
Bu gün azad olunmuş torpağlarımızda böyük guruculuq işləri gedir.
Ölkə başçımızın da qeyd etdiyi kimi Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır.
Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi.
Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə - Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Bunu döyüşlərdən sonra hərbcilərimizin də dilindən çox eşidirik. O hərbçilərimiz ki 30 illik həsrətə 44 gündə son verdilər.
Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaqdır. Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi.
Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək.
Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir.
Qalib ölkənin azad vətəndaşı olaraq gürur dolu anlar yaşamaqdayıq.
Hərdən düşünürəm ki, 44 günlük Vətən savaşının ən böyük motivasiyası Milli Birlik nümayişimiz oldu.
Xalqımız bir yumruq halına gəldi, hərbi birliyimiz milli birliyimizlə birləşdi.
Və nəticə etibarilə qalibiyyət əldə etdik.
Var olsun Qalib Ölkəmiz!
Var olsun bizə bu sevinci bəxş edən
Ali Baş Komandanımız!
Var olsun Müzəffər Ordumuz!
Var olsun Milli Birliyimiz!
Nəhayət Şirinova,
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi
turan.info.az
.