ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib =

Oktyabr ayının 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş
“I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda xarici ölkə səfirləri, millət vəkilləri, ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının pedaqoq-alimləri, tanınmış mütəxəssislər iştirak ediblər.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş nitqi ilə açaraq bildirib ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 18-də “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin Sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı.
Sərəncamda eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təhsil Nazirliyi (TN) və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi vəzifəsi qarşıya qoyulmişdur. Bizim bu gün ADPU-da I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda keçirdiyimiz Respublika elmi-praktik konfransı da bu Sərəncama əsasən keçirilən bir konfransdır.

Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, I Türkoloji Qurultay barədə danışarkən bu Qurultayın keçirildiyi tarixi dövrə, həmin dövrün mövcud ictimai-siyasi şəraitinə diqqət yetirmək məqsədəuyğundur. I Türkoloji Qurultay Bakı şəhərində 1926-cı il fevral ayının 26-da başlayıb və mart ayının 6-a kimi davam edib. I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan səmərəli fəaliyyət göstərirdilər. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində də nüfuzlu “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Qeyd edək ki, adıçəkilən jurnal hazırda da “Türkologiya” adı ilə Bakıda öz işini uğurla davam etdirir.

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib ADPU-da Respublika elmi-praktik konfransı keçirilib ADPU-da Respublika elmi-praktik konfransı keçirilib ADPU-da Respublika elmi-praktik konfransı keçirilib I Türkoloji Qurultayda keçmiş SSRİ məkanının türkdilli xalqları yaşayan bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən dəvət olunan 131 tanınmış alim iştirak edib. Ümumilikdə isə qurultayda 600 nəfər alim iştirak edib. 9 gün davam edən Qurultayda 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 38 məruzə dinlənib. Mənbələrdən məlum olur ki, Qurultayın diqqət mərkəzində dayanan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş Qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb. I Türkoloji Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının böyük olduğunu bir daha sübuta yetirdi. Eyni zamanda türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi.
Rektor qeyd edib ki, I Türkoloji Qurultay türk xalqlarının tarixində ən mühüm hadisələrdən biridir və böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay, ilk növbədə, geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib ADPU-da Respublika elmi-praktik konfransı keçirilib Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. I Türkoloji Qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdir.

Rektor Cəfər Cəfərov çıxışının sonunda bildirib ki, hazırda dünyada qloballaşma, inteqrasiya prosesi gedir. Ancaq bu qloballaşmada hər bir xalq öz milli varliğını, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini qoruyub saxlamalıdır. Bu gün türk xalqları qarşısında böyük tarixi imkanlar açılıb. Biz bundan yetərincə bəhrələnməliyik. Birliyimizi qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik. Tariximizə öz əbədi möhürünü vuran, dəyərli töhfələrini verən I Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də olduqca aktualdır, əhəmiyyətlidir. I Türkoloji Qurultayın proqramı, müzakirə olunan məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir.
Bir sözlə, I Türkoloji Qurultayda səslənən fikir və təkliflər, qarşıya qoyulan vəzifələr, irəli sürülən ideyalar bu gün də yaşayır və həyata keçir.

Konfransda türkologiyaya dair 31 məruzə dinlənilib, azərbaycanlı və türkiyəli tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

Elm, Humanitar elmlər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi  ...

ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi ...

ADPU, "Elm və Təhsil"

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Rəy yazın: