AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans AzTU-da IV Beynəlxalq elmi konfrans AzTU-da IV Beynəlxalq elmi konfrans AzTU-da IV Beynəlxalq elmi konfrans Sentyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Almaniyanın Rostok Universiteti və Türkiyənin 9 Eylul Universiteti ilə birlikdə təşkil etdiyi “Texniki vacib materialların istilik-fiziki və mexaniki xassələri” mövzusuna həsr edilmiş IV Beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox nümayəndə iştirak edir.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

AzTU-nun rektoru, professor Havar Məmmədov
konfrans iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Türkiyənin 9 Eylul Universitetinin professoru İsmail Tavman və başqaları müzakirə olunan məsələnin bu gün üçün xüsusi dəyər daşıdığını bildirib, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin tədqiqi sahəsində aparılan elmi işlərin perspektivli olduğunu söyləyiblər.

Konfransda ABŞ-ın Merlend Universitetinin professoru Mixail Anisimovun “Soyuq suyun xassələri”, Almaniyanın Rostok Universitetinin professoru Eqon Hasselin “Daxiliyanma mühərriklərinin termodinamik xassələrinin yaxşılaşdırılması” mövzusunda məruzələri dinlənilib.

Qeyd edilib ki, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin öyrənilməsi sahəsində son illər bir çox tədqiqatlar aparılıb və müsbət nəticələr əldə edilib. AzTU-da bu sahədə aparılan genişmiqyaslı araşdırmalar da maraqlı nəticələr əldə etməyə imkan verir. Universitetin “İstilik və soyuqluq texnikası”, “Konstruksiya və kompozisiya materiallarının texnologiyası”, “Metallurgiya və metalşünaslıq” kafedralarında müxtəlif elmi işlər aparılır, texniki vacib materialların istilik-fiziki və mexaniki xassələrinin tədqiqi ilə bağlı universitetin alimləri dünyanın məşhur elm mərkəzləri ilə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlığın nəticəsi olaraq alifatik spirtlərin, elektrolitlərin sulu və qeyri sulu məhlulların, alternativ enerji mənbələrinin, dəniz, geotermal və çay sularının, yanacaqların və s. geniş hal parametrlərində dünyada ilk dəfə istilik-fiziki xassələri öyrənilib.

Son illər alimlər tərəfindən yeni tərkibli kompozisiya materialları işlənib, onların struktur və xassələri öyrənilib. Tərkibində olan nikeli xrom və molibdenlə əvəz etməklə yeni bişirilmiş yüksək sıxlıqlı ovuntu poladları alınmış və strukturu, xassələri tədqiq edilib. Həmin materialların digər xassələri AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrası tərəfindən tədqiq edilərək perspektivli nəticələr əldə edilib. Hazırda bu istiqamətdə tədqiqatlar müxtəlif elm mərkəzləri ilə əməkdaşlıq şəraitində davam etdirilir.

Konfrans sentyabrın 18-də öz işini davam etdirmişdir. Beş bölmə üzrə keçirilən iclaslarda 100-dən artıq mühazirə və çıxış dinlənilmişdir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb”

“Azərbaycanlı beyni Almaniyada öz sözünü deməyə başlayıb”

AzTU, "Şərqin səsi", Avropa
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə  ...

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə ...

AzTU, Turan
AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Be ...

AzTU
“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

AzTU
AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU
AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU-nun yeni prorektoru Elton Məmmədov universitetin professor-müəllim hey ...

AzTU
Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

AzTU, "Şərqin səsi", Avropa
AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki  ...

AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki ...

AzTU
AzTU-da Bilik günü qeyd olunub

AzTU-da Bilik günü qeyd olunub

Əsas xəbər, AzTU
Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçib

Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU doktoranturaya sənəd qəbulu elan edir

AzTU, Elanlar
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

AzTU
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

AzTU-da TEMPUS Layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Əsas xəbər, AzTU
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
Rəy yazın: