ADNSU “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihəyə start verib

ADNSU “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihəyə start verib ADNSU-nun “Azərbaycan dili” kafedrası rəhbərliyin tapşırığına əsasən “Mütaliə mədəniyyəti və milli mentalitet” adlı layihəyə başlayıb.

ADNSU-nun Mətbuat Xidmətindən turan.info.az-a bildiriblər ki, “Azərbaycan dili” kafedrasının müdiri, dosent Ədalət Abbasov sözügedən layihəni hazırlayaraq universitet əməkdaşlarının və tələbələrin ixtiyarına təqdim edir.

“Mütaliə mədəniyyəti və milli mentalitet” layihəsi üzrə verilən təkliflər bunlardır:

İxtisasından asılı olmayaraq bütün qruplarda tələbələr arasında müəllimlər tərəfindən müvafiq təbliğat işinin qurulması (auditoriyadankənar saatlarda bir neçə dəqiqə bu məsələ ilə bağlı söhbətlərin aparılması);
Ayda bir dəfə milli ideya və məzmunca daha güclü bədii əsərlərdən birinin müzakirəsinin keçirilməsi;
ADNSU-nun əsaslı kitabxanasında “Bədii qiraət” guşəsinin yaradılması;
Tanınmış şair, yazıçı və ədəbi tənqidçilərlə ADNSU tələbələrinin görüşünün təşkili;
Milli etnoqrafik mövzulu (müxtəlif janrlı) əsərlərin ADNSU klubunun müvafiq personallarının təcrübəsi və iştirakı əsasında səhnələşdirilməsinin həyata keçirilməsi;
ADNSU-nun “Azərbaycan dili” kafedrasının tədris planına uyğun olaraq hər bir tələbəyə milli və dünya ədəbiyyatı nümunələrindən seçmə (məzmun və ideya dəyərinə görə fərqlənən) bədii əsərlərin təqdimat mövzusu olaraq verilməsi və qəbulu zamanı qrup tələbələri ilə birgə ciddi müzakirəsinin keçirilməsi;
“Əli və Nino” “Kitab Mağazalar Şəbəkəsi” və “Qanun ” nəşriyyatının bu prosesə cəlb olunması, onların mövcud imkanlarından istifadə edilməsi;
ADNSU-nun ictimai-mədəni tədbirlər planının tərkib hissəsi olaraq tələbələri asudə vaxtlarında (əsasən şənbə günü nəzərdə tutulur) ayrı-ayrı fakültə və qruplar üzrə konkret vaxt əsasında növbəli şəkildə respublikanın mərkəzi və digər tanınmış kitabxanaları, eləcə də milli–mənəvi dəyərlərimizin, ədəbi-mədəni irsimizin mənimsənilməsi və gələcək nəsillərə ötürülərək qorunub-saxlanılması məqsədilə ədəbiyyat və tarix muzeyləri ilə yaxından tanış etmək üçün ekskursiyaların təşkili;
İntellektual potensialı güclü, ictimai fəallığı çevik olan tələbələrdən ibarət ədəbi dərnəklərin yaradılması (ya hər bir fakültənin nəzdində, ya da ixtisasca yaxın olan bir neçə fakültələrin birləşməsi şəklində 1 qrupdan ibarət);
Müzakirə edilən “Bədii əsər haqqında ən mükəmməl rəy” və ya “ən fəal oxucu” müsabiqələrinin təşkili (keçirilməsi) və qaliblərin mükafatlandırılması. Bunun üçün azməbləğli “Mükafatlandırma” fondunun yaradılması;

Bu tədbirlər planının mərhələli şəkildə həyata keçirilməsində aparıcı mövqe daşıması funksiyasının “Azərbaycan dili” kafedrasına həvaləsi ilə yanaşı, ADNSU-nun nəzdində fəaliyyət göstərən filoloji istiqamətli “Xarici dil - 1” və “Xarici dil -2” kafedralarının imkanlarından da faydalanılması məsələsi.

Ədalət müəllimin sözlərinə görə, belə bir layihənin həyata keçirilməsi tələbələrdə mütaliə mədəniyyətinin formalaşmasında və bütövlükdə yeni cəmiyyət quruculuğu işində müsbət bir töhfə ola bilər:


“İnsanın şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün inkişaf edərək zənginləşməsində kitabın rolu əvəzsizdir. Cəmiyyət hadisələrinə çevik, həssas münasibətin ifadəsi, eləcə də obrazlı, məntiqi təfəkkürün yaranması, bədii təxəyyülün təşəkkül tapması məhz kitablardan alınan bilik və məlumatların vasitəsilə mümkündür. Görkəmli rus yazıçısı M.Qorkinin “Mən həyatımda baş verən yaxşı işlər üçün kitablara borcluyam” deməsi də məhz bu fikrin təsdiqinə hesablanmış aforizmlərdəndir. Bu ali məqsədə çatmaq üçün mütaliə mədəniyyətinə yiyələnmək ən prioritet məsələlərdəndir.
Mütaliə - eyni zamanda, milli etnoqrafik adət-ənənələrin öyrənilməsi və gələcək nəsillərə ötürülərək yaşadılması deməkdir”.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında pedaqoji və  ...

ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında pedaqoji və ...

ADNSU
ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU
“Bank of Baku”-nun nümayəndələri ADNSU-da olub

“Bank of Baku”-nun nümayəndələri ADNSU-da olub

ADNSU
Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Nazirlik, ADNSU
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU-nun SABAH qrupunda AÇIQ DƏRS

AzTU
“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc  ...

“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc ...

AzTU
Liseydə mükafatlandırma mərasimi

Liseydə mükafatlandırma mərasimi

Bakı, Məktəblər
AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq
Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...

Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...

Məktəblər
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakü ...

Gəncə, AzTU
AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU-nun təşkililatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlay ...

AzTU
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
AzTU-da

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU
AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
Rəy yazın: