Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğururLondon, 20 yanvar, AZƏRTAC

Londonda keçirilən ənənəvi Dünya Təhsil Forumunda iştirak edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov beynəlxalq tədbir ilə bağlı təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

Nazir qeyd edib ki, Dünya Təhsil Forumu hər il təhsil siyasəti ilə məşğul olan mütəxəssisləri, nazirlikləri və onların rəhbərlərini, beynəlxalq təşkilatları və institutları, ali təhsil müəssisələrini bir araya gətirən genişmiqyaslı tədbirdir. Bu il 90-dan çox ölkənin təhsil nazirləri forumda iştirak edib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq bu foruma üçüncü dəfədir ki, qatılır.

Nazir deyib ki, forumun ölkəmiz üçün əhəmiyyətini iki əsas istiqamətə bölmək olar. Birinci istiqamət ondan ibarətdir ki, bir çox dövlətlərin və cəmiyyətlərin təhsil sisteminin qarşısında duran vəzifələr oxşardır və bunlara bələd olmaq, bu müzakirələrdə iştirak etmək, həmin uğurlu təcrübələrin ölkəmizə tətbiqi potensialını dəyərləndirmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. İkinci istiqamət isə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nailiyyətləri forumda bölüşmək və dünyanın təhsil ictimaiyyətinə çatdırmaq böyük bir nailiyyət kimi qiymətləndirilə bilər.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bu istiqamətdə sistemli işlər həyata keçirilir. Ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirmək əsas məqsədlərdəndir.

M.Cabbarov qeyd edib ki, forumun sessiyasında ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib. Azərbaycanın təhsil sahəsindəki təcrübəsi, xüsusilə son illərdə dövlətimizin başçısının təşəbbüsü ilə müəllimlərin iş fəaliyyətinin və şəraitinin təkmilləşdirilməsi, bu istiqamətdə görülən işlər sessiya iştirakçılarında böyük maraq doğurub.

* * *

"Azərbaycanın təhsil sahəsində qısa zamanda əldə etdiyi nailiyyətlər qürurvericidir!.."


Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur Bu fikri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunun “Müəllimlərin işə qəbulu, peşə fəaliyyətlərinin təkmilləşdirilməsi, təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması siyasəti” adlı sessiyasında çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün
təhsildə inkişaf hədəflərini müəyyən etmək,
tədris sistemində 2030-cu ilədək davamlı inkişafı
təmin etmək baxımından model il olubdur.
Təhsil sistemində daxili islahatların,
ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi
başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum
və təkmilləşdirilmiş tədris metodologiyalarının
mübadiləsini nümunə göstərmək olar.

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur M.Cabbarov vurğulayıb ki, bazar iqtisadiyyatı sistemində müəllimlərin rolunu dərk etmək vacib məsələlərdən biridir. Tədris sistemində ümumbəşəri dəyərlərin öyrənilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bunlara şəxsi keyfiyyətlərin inkişafı, öyrənmə məsuliyyətinin dərk edilməsi, vətəndaşlıq, mədəniyyətlərarası maarifləndirmə və s. daxildir.

Nazir Azərbaycanda təhsil sahəsində görülən işlərdən və aparılan islahatlardan da bəhs edərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamını misal göstərib. Qeyd edilib ki, müəllim peşəsinin nüfuzunun artırılması sözügedən strategiyanın əsas hədəflərindəndir və qısa zaman ərzində əldə edilən nailiyyətlər qürurvericidir. Yüksək nəticə ilə məzun olan məktəblilər üçün hazırlanmış xüsusi təqaüd proqramı və digər layihələr təhsil sistemində Azərbaycan təcrübəsi ilə maraqlananlar üçün əvəzedilməz nümunə ola bilər. İki il öncə Azərbaycan tarixində ilk dəfə olaraq müəllimlərin ixtisaslarının artırılması, nöqsanların müəyyən edilməsi üçün diaqnostik qiymətləndirmələrin aparılması təmin edilib. Bu qiymətləndirmə Təhsil Nazirliyində yeni islahatların aparılması ilə yanaşı, müəllimlərin yeni bilik və bacarıqlara yiyələnməsinə də böyük kömək göstərdi.

M.Cabbarov diqqətə çatdırıb ki, təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.

Çıxışının sonunda M.Cabbarov qeyd edib ki, mədəniyyətlərarası təlim, tolerantlıq və qarşılıqlı hörmət tədris sisteminin mərkəzində olmalıdır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, insanlar arasındakı kommunkiasiyanın daha da genişlənməsi gələcək dünyamızın əsas xüsusiyyətlərindəndir. Bu, təhsil sistemində də özünü bariz şəkildə göstərəcəkdir. Milli dəyərlər, tarix və mədəniyyət təhsildə ən vacib elementlər olaraq qalmaqla yanaşı, qarşılıqlı hörmət çərçivəsində tədrisin beynəlxalq səviyyəyə yüksəldilməsinə, başqaları haqqında öyrənməyə də hər zaman əhəmiyyət verilməlidir.

Orxan İsmayılov,
AZƏRTAC-ın xüsusi müxbiri,

London





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dövlət təltiflərinin təqdim olunması mərasimi

Dövlət təltiflərinin təqdim olunması mərasimi

Nazirlik
Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Nazirlik, "Zirvə"
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Nazirlik
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

Təhsil
Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olun ...

Əsas xəbər, Təhsil, AzTU
Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Əsas xəbər, Təhsil, "Elm və Təhsil", Hüquq
Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Təhsil Nazirliyində yeni seçilmiş məktəb direktorlarının iştirakı ilə müşav ...

Əsas xəbər, Nazirlik
“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasim ...

Əsas xəbər, Nazirlik, MEDİA, "Zirvə"
“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub

Nazirlik
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Nazirlik, AzTU
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Nazirlik
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
Təhsil naziri Mikayıl CABBAROV:

Təhsil naziri Mikayıl CABBAROV: "...ölkə başçısı cənab İlham Əliyevə dərin ...

Nazirlik
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır

Regionlar, ADPU, Məktəblər
Rəy yazın: