SDU-da III respublika konfransı keçirildi

SDU-da III respublika konfransı keçirildi
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə birgə “Monomerlər və polimerlər kimyasının müasir problemləri” mövzusunda III respublika konfransı keçirildi.


Konfransın plenar iclasında SDU-nun rektoru Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və bildirdi ki, kimya sənaye kompleksi ölkə iqtisadiyyatının uzunmüddətli və stabil inkişafının bazası hesab olunur. Dünya miqyasında ən çox dinamik inkişaf edən və perspektiv istehsal sahəsi isə polimer kimyasıdır. Son illərin məlumatları göstərir ki, dünyada polimerlər və onların əsasında hazırlanan polimer materiallarının istehlak tempi, onların istehsal tempindən yüksəkdir. Respublikamızda XX əsrin ortalarında sintetik kauçuk zavodunun tikilib istifadəyə verilməsi ilə sintetik polimer olan butadien-stirol kauçukunun istehsalına başlanıldı. Sonrakı illərdə digər polimerlərin də istehsalı təşkil olundu. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan EP-300 və Polimer -120 komplekslərində bu gün də istehsal olunan yüksək təzyiqli polietilen respublika iqtisadiyyatında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında 2 aprel 2010-cu il tarixli Sərəncamı polimer kimyasına olan marağı daha da artırdı.

Rektor qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti ölkəmizin elmi potensialının inkişafı naminə yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələrimiz inkişaf edir və universitetimizin PMİ-də “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılmışdır. Baza kafedrası respublikanın, xarici kimya müəssisələrinin və şirkətlərinin tələblərini tam təmin edən mütəxəssislərin hazırlanması, ali təhsilli mütəxəssis hazırlanmasının əsas şərtləri olan elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, magistr və doktorluq dissertasiyaların yerinə yetirilməsi məqsədlərini daşıyır.

Ümidvaram ki, “Monomer və polimerlərin kimyasının müasir problemləri” mövzusunda keçirilən respublika konfransı gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində çox əhəmiyyətli rol oynayacaqdır.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov konfransı yüksək səviyyədə təşkil etdiyinə görə universitetin rəhbərliyinə təşəkkür etdi. Vurğuladı ki, belə konfransların keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyətə malikdir. Rektor Elxan Hüseynovun fikri ilə tamamilə razıyam, institutumuzda çalışan qocaman akademiklərin, professorların zəngin təcrübələrindən faydalanaraq gənc tələbələrin elmi potensialını artırmaq naminə üçtərəfli qarşılıqlı əməkdaşlığımızın müqavilə şəklində həyata keçirilməsini arzu edirəm. Hətta mən özüm də universitetdə
məharət dərsləri keçməyə hazıram. İnanıram ki, bu əlaqələrimiz milli təhsilimizə öz töhfəsini verəcəkdir.

AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ölkəmizdə müxtəlif çeşidli polimerlərin alınmasında yeni, müasir istehsal sahələrinin yaradılması prosesinin sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Sumqayıt Kimya Sənaye parkında yüksək sıxlıqlı polietilen istehsal edəcək müəssisənin açılışı ölkəmizdə polimer kimyasının daha da inkişafına təkan verəcəkdir. Universitetdə aldıqları mütərəqqi təhsil sayəsində tələbələriniz savadlı kadr kimi institutumuzda işlə təmin olunmuş və peşəkar mütəxəssisə çevrilmişlər.

Universitetin professoru Qafar Ramazanov “Metilendioksolanların sintezi və tsiklin açılması ilə polimerləşməsi”, AMEA-nın Polimer Materialları İnstitutunun professoru Ağa Mustafayev “Qliserindən fosgensiz üsulla qliserin karbonatın alınması və bəzi kimyəvi çevrilmələri”, AMEA-nın Neft-Kimya Problemləri İnstitutunun kimya elmlər namizədi Reyhan Əliyeva “Etilenin postmetallosen katalizindən yeni yanaşma”, AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru Nizami Zeynalov “Xitozan-poliakril turşusu sistemində gümüş nanohissəciklərin formalaşması” mövzularında məruzə ilə çıxış etdilər.

Konfrans öz işini “Monomerlərin sintezi və tədqiqi”, “Monomerlərin və polimerlərin sintezində katalitik proseslər”, “Xüsusi təyinatlı polimerlərin alınması və xassələrinin tədqiqi”, “Yeni polimerləşmə üsulları və mexanizmləri”, “Polimer kompozisiya materiallarının, o cümlədən nanokompozitlərin alınması və tətbiqi” bölmələrində davam etdirmişdir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov  AMEA-nın müxbir üzvü seçil ...

Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov AMEA-nın müxbir üzvü seçil ...

Digər bölmələr
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

Elm, Digər bölmələr
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

Elm, Digər bölmələr
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

Elm, Digər bölmələr
Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Digər bölmələr, Təbriklər
KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

Elm
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

Sumqayıt
ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

Qarabağ, Digər bölmələr
Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Digər bölmələr, BMU
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ  ...

AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ...

Elm
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt, İqtisadiyyat, Dünya
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
Rəy yazın: