DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB 4.04.2016

Ana Vətənimiz
Azərbaycanın
ayrılmaz bir parçası olan
Cənnət Qarabağ uğrunda
gedən son döyüşlərdə
Borçalı da şəhid verdi.
Ulu Borçalımızın
Başkeçid
(indiki Dmanisi)
rayonunun
Yaqublu kəndindən olan
mayor Təbriz Taryel oğlu
MUSAZADƏ (MUSAYEV)
Mİ-24 helikopterlə
düşmənə ağır zərbələr
vurduqdan sonra
qəhrəmancasına
şəhid olmuşdur.

Şəhidimizin ruhu
şad olsun!..

6.04.2016

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB Bu qısa informasiyanı turan.info.az saytında yerləkdirdikdən sonra Təbriz Musazadənin ailəsinin harada yaşaması ilə maraqlandım.
Əslən Başkeçiddən olan dəyərli eloğlularımız Cavanşir Məmmədovun və Saleh Abdullayevin köməkliyi sayəsində ünvanı dəqiqləşdirdim və bir başa həmin ünvana yollandım...
Çatanda axşam üstü idi. Həyətdə böyük bir çadır qurulmuşdu. Giriş qapısı üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanan çadırın içi də, çölü dəadamlarla dolu idi...
Bizi ilk olaraq Ruslan adlı cavan bir oğlan qarşıladı, əvvəlcə Təbrizin yaxın qohumu,
hazırda təqaüddə olan polkovnik-leytenant Kamal Hacıyevlə tanış etdi.
Söhbət zamanı o, bizə Təbrizin atası Taryelin sürücü olduğunu dedikdə, qeyri-ixtiyari olaraq: "aaa olma, Taryel mənim hələ tələbəlik illərimdən tanıdığım avtobus sürücüsü olan Taryeldir?!" - söylədim.
Kamal Hacıyev dəqiq cavab verə bilmədi... elə bu vaxt Tariyel kişi özü gəldi...
Elə o dəqiqə tanıdım... Təqdimata artıq ehtiyac qalmadı...
İlahi!... Bəli, bu elə O özü idi!..

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB Əvvəlcə öz adımdan, eləcə də mənə ünvanın tapılmasında köməklik göstərmiş Cavanşir müəllimin və Saleh müəllimin adlarından Vətən yolunda canını fəda etmiş Qəhrəman Şəhidin atasına dərin hüznlə başsağlığı verdim...

VƏTƏN SAĞ OLSUN!..
VƏTƏN VAR OLSUN!
TƏBRİZİN DƏ RUHU
ŞAD OLSUN!..
- söylədim...

Taryellə söhbət zamanı, ilk tanışlığımızı xatırladıq...
1987-ci ilin iyul ayında düz bir ay o idarə etdiyi avtobusu ilə Folklor təcrübəsində olan biz tələbələri Başkeçiddə kəndbəkənd gəzdirmişdi...

Taryel Camal oğlunun necə də sadə, səmimi, mehriban və xeyirxah bir insan olmaqla yanaşı, onun həm də vətənpərvər və sonsuz yurdsevər olduğuna da elə o vaxtdan əmin olmuşdum. Belə bir kişinin övladı başqa cür ola bilməzdi!..

Bəli, Taryel kimi kişinin övladı məhz Təbriz kimi Qəhrəman olmalı idi!..
Oldu da!..


Daha sonra Təbriz Musazadənin tərcümeyi-halı, şərəfli ömür yolu ilə maraqlandım.
Söhbət əsnasında onu da
öyrəndim ki...

O, 12 avqust 1981-ci ildə qədim Borçalı mahalının dağlar qoynunda yerləşən və əsrarəngiz təbiət gözəllikləri ilə məşhur olan Başkeçid (indiki Dmanisi) rayonundakı Yaqublu kəndində dünyaya göz açıb.

Atası Taryel Camal oğlu Musayev sadə sürücü olsa da, eldə-obada böyük hörmət-nüfuz sahibidir.

Anası Tovuz xanım Başkeçidin Örməşən kəndindən Əsəd kişinin qızıdır, evdar qadındır.

Təbriz Musazadə 1987-ci ildə Başkeçid (indiki Dmanisi) şəhərindəki 1 saylı rus orta məktəbin I sinifinə gedib.

1989-1990-cı illərdə Borçalıda baş vermiş məlum olaylardan, azərbaycanlıların təqib və təziqlərindən sonra Başkeçiddə yaşayan bütün soydaşlarımız elliklə öz doğma ocaqlarından - evlərindən uzaq düşməyə məcbur olub hərə bir yana köçəndə Taryel Camal oğlu öz ailəsini də götürüb doğma Azərbaycana pənah gətirib, Bakıya köçüb.

Təbriz 3-cü sinifədən təhsilini Bakıdakı 165 saylı məktəbdə davam etdirib. Bir yandan öz ailələri kimi minlərlə soydaşımızın doğma Başkeçiddən qovalanması,
bir yandan da Qarabağda gedən döyüşlər, qəsbkar erməni quldurlarının müqəddəs torpaqlarımızı işğal etməsi Təbrizi hərbiçi olmağa sövq edib.

8-ci sinifi bitirdikdən sonra 1996-cı ildə C.Naxçıvanski adına Bakı Hərbi Liseyinə daxil olub.

1999-cu ildə Liseyi müvəffəqiyyətlə bitirib, Bakı Ali Hərbi Məktəbinə (indiki H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə) daxil olub, daha sonra isə ali təhsilini Bakı Ali Təyyarəçilik Məktəbində davam etdirib.

2003-cü ildə ali məktəbi uğurla bitirərək leytenant rütbəsi ilə N. saylı hərbi hissədə zabit kimi hərbi xidmətə başlayıb. Xidmət borcunu daha şərəflə yerinə yetirmək üçün daima öz üzərində çalışıb.

İllər keçdikcə bir-birinin ardınca hərbi rütbələri də dəyişib, yüksəlib: leytenant, baş leytenant, kapitan, mayor.

Təəssüflər olsun ki, Mayor onun sonuncu rütbəsi oldu.

Aprelin elə ilk günü qəsbkər ermənilərin yenə sərhədlərimizi pozması Milli Ordumuzu düşmənə cavab verməyə məcbur etdi.

Təbriz Musazadə də hərbçi həmkarları ilə birlikdə səmaya qalxdı, Füzuli rayonundakı Lələtəpədə Mİ-24 helikopterlə düşmənə ağır zərbələr vurduqdan sonra qəhrəmancasına şəhid oldu...

Öz ölümü ilə ÖLÜMSÜZLÜYə,
ƏBƏDİYYƏTə qovuşdu,
ŞƏHİDLİK ZİRVƏSİnə ucaldı!..


Gənc şair Eltun MEHDİOĞLU
"Ən yüksək zirvəyə ucaldın, ŞƏHİD!..." adlı
şeirində yazmışdır:

Can qoydun, qan tökdün,
vətən uğrunda,
Ən yüksək zirvəyə
ucaldın, ŞƏHİD.
Səndə Mübariz tək,
mübariz oldun!
Məhv etdin düşmanı,
güc aldın, ŞƏHİD.

Kəlbəcər Laçınla
qoşa gələcək,
Ağdərə, Zəngilan
başa gələcək,
Qubadlı, Xocalı,
Şuşa, gələcək,
Düşmanın qanıyla
öc oldun, ŞƏHİD.

Xankəndi, Xocavənd
cənnət bağ olsun,
Qorudun torpağı
vətən sağolsun,
Atanın, Ananın
üzü ağ olsun,
Düşməndan qisası
tez aldın, ŞƏHİD.

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB * * *

Bəli, ATANIN-ANANIN
ÜZÜNÜ AĞ EDƏN,
DÜŞMƏNDƏN ÖZ
QİSASIN ALAN
ƏZİZ QARDAŞIMIZ TƏBRİZ, RUHUN ŞAD OLSUN!..


Əmin ola bilərsiniz ki,
Vətənimiz, Xalqımız, Millətimiz Sizin Şücaətinizi, Qəhrəmanlığınızı yüksək qiymətləndirir.

Biz də ailənə, atana-anana,
ömürgün yoldaşın
Pərişan xanıma,
sabahımızın əsgərləri - zabitləri olacaq oğlanların Tayfun və Onura,
əslən qonşu Şahmarlı kəndindən olan Cavanşirlə ailə həyatı qurub hazırda Rusiyada yaşayan,
sənin xəbərini xəbərini eşidən kimi Bakıya uçub, özünü ata evinə - ŞƏHİD olmuş yeganə qardaşının canəzəsindən tez yetirən bacın Afidə xanıma,
eləcə də bütün qohumlarına, doğmalarına, dostlarına, bir sözlə, elimizə-obamıza, millətimizə bir daha dərin hüznlə başsağlığı veririk!..


VƏTƏNİMİZ SAĞ OLSUN!..

VƏTƏNİMİZ VAR OLSUN!

ŞƏHİD TƏBRİZİMİZİN DƏ
RUHU ŞAD OLSUN!..


Müşfiq BORÇALI.
.















.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid mayor Təbriz MUSAZADƏnin atası  Taryel MUSAYEV dünyasını dəyişib

Şəhid mayor Təbriz MUSAZADƏnin atası Taryel MUSAYEV dünyasını dəyişib

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYAB ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA  ...

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bakı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Şəhid ailələri onlara göstərilən qayğını dəyərləndirirlər

Azərbaycan, Qarabağ, Başkeçid
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Təbriz Musazadə - Yaqublu kəndinin sayca 3-cü, Borçalının ...

MEDİA, Borçalı, Başkeçid
ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: