Həkim-endoskopist: "Həzm sistemindəki onkoloji patologiyaların erkən mərhələdə aşkarlanması müasir tibbin qarşısında duran mühüm məsələlərdən biridir"

Həkim-endoskopist: "Həzm sistemindəki onkoloji patologiyaların erkən mərhələdə aşkarlanması müasir tibbin qarşısında duran mühüm məsələlərdən biridir"Bu gün Milli Onkologiya Mərkəzində
Azərbaycanın Milli Qurtuluş Gününə,
həmçinin Milli Onkologiya Mərkəzinin
nəzdində yaradılmış İnvaziv Diaqnostika
və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı konfrans keçirilib.


turan.info.az “Report”a istinadən xəbır verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibbi mütəxəssislər də bu sahədə ən son elmi və praktiki fəaliyyətlərini paylaşıblar. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunub və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa olaraq yayımlanıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Tədbirdə iştirak edən həkim-endoskopist Farmiz Əliyev “Report”un suallarını cavablandırıb.

- Dünyada mədə-bağırsaq traktındakı onkoloji xəstəliklərin artım tendensiyası nə səviyyədədir?

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada onkoloji xəstəliklərin yayılma faizi artır – 1999-cu illə müqayisədə 2020-ci ildə 2 dəfə artım gözlənilir.

Lakin skrininq kolonoskopiyası və qastroskopiyasının səhiyyədə istifadəsi mədə və qalın bağırsağın erkən xərçənginin və selikli qişa xərçənginin ilkin əlamətlərinin diaqnostikasının xeyli təkmilləşməsinə yol açdı.

- Tibbdə “skrininq” terminini necə anlamalıyıq və endoskopiyada hansı müasir yanaşmalar mövcuddur?

- Səhiyyədə skrininq heç bir simptomu olmayan insan qruplarının xəstəliyi müəyyən etmək üçün müayinə edilməsi deməkdir.

Son dövrə qədər cərrahiyyə əməliyyatı nəinki erkən xərçəngin müalicəsinin, həm də mədə bağırsaq traktının iri xoşxassəli törəmələrinin qızıl standartı idi.

Lakin kiçik invaziv metodikaların inkişafı belə şişlərin, ilk növbədə, poliplərin endoskopik yolla aradan götürülməsini mümkün etdi.

Bu törəmələrin kənarlaşdırılmasının yeni yolları – endoskopik selikli qişa rezeksiyası və endoskopik seliklaltı qat diseksiyası təklif və tətbiq edilib.

Erkən mədə xərçənginin endoskopik yolla kənarlaşdırılması barədə məlumatı ilk dəfə 1974-cü ildə yapon alimləri yayıb. M.Tados 1984-cü ildə digər müəlliflərlə birgə endoskopik selikli qişa rezeksiyası (EMR – endoscopicmucosalresection - red.) adlanan, mədə bağırsaq traktının epitelial törəmələrini kənarlaşdırmağa imkan verən yeni metodikanı hazırladılar. Bu metodika nəinki polipformalı, həm də qeyri-polipformalı törəmələri kənarlaşdırmağa imkan verir.

Endoskopik seliklaltı qat diseksiyası (ESD – endoscopicsubmucosaldissection- red.) mədə bağırsaq traktı xərçənginin kənarlaşdırılmasının ən yeni, “gənc” texnologiyasıdır.

- Pasiyentlərin sağ qalma göstəriciləri nə qədərdir?


- Mədə-bağırsaq traktında törəmə olan pasiyentlərin sağ qalma göstəriciləri diaqnozun qoyulma anındakı patoloji prosesin səviyyəsindən asılıdır. Həzm sistemindəki onkoloji patologiyaların və ilkin xərçəng formalarının erkən mərhələdə aşkarlanması müasir tibbin qarşısında duran mühüm məsələlərdən biridir.

Endoskopist həkimin prioritet məsələlərindən biri də yeni tibb texnologiyalarının diaqnostikada və müalicədə tətbiqinə bağlıdır.

Samirə Abdullayeva



REDAKSİYADAN:

Farmiz Şamil oğlu Əliyev
- 1972-ci il oktyabrın 19-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Başkeçid (indiki Dmanisi) şəhərində anadan olub. Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1989-cu ildə 1 saylı Dmanisi orta məktəbini rus dilində bitirib.
Fortepiano üzrə musiqi təhsilini 1979-1986-cu illərdə Dmanisi orta musiqi məktəbində alıb.

1990-cı ildə Tümen Tibb İnstitutuna daxil olan Farmiz 1996-cı ildə artıq Tümen Tibb Akademiyası adlanan ali təhsil ocağının müalicə fakültəsini bitirib.

1997-1998-ci illərdə terapiya üzrə internaturanı Tbilisi Dövlət Tibb Universitetində keçib.

1999-cu ildə Tümen Tibb Akademiyasının Həkimlərin Təkmilləşməsi fakültəsində “Endoskopiya” ixtisası üzrə ilkin ixtisaslaşıb.

2001-2003 illərdə qiyabi olaraq hüquq üzrə ikinci ali təhsilini Tbilisinin biznes və marketinq institutunun hüquq fakültəsində alıb.

2017-ci ildə “Endoskopiya” ixtisası üzrə Moskva şəhərində yerləşən Piroqov adına Milli tibbi-cərrahiyyə Mərkəzində ixtisaslaşma kurslarına qoşulub.

Moskvadanın Piroqov adına Milli tibbi-cərrahiyyə Mərkəzində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi üzərində işləyir.

Əmək fəaliyyətinə 1989-cu ildə Rusiyanın Tümen Tibb Akademiyasının ümumi biologiya və genetika kafedrasında laborant vəzifəsində başlayıb.

1999-2012-ci illərdə Tümen Dövlət Universitetinin tibbi klinikasında endoskopist həkim vəzifəsində çalışıb.

2012-ci ildən Bakının Nəsrəddin Tusi adına klinikasında endoskopist həkim kimi çalışır.

Dəfələrlə Türkiyə, Gürcüstan, Avstriya, İtaliya, Rusiya kimi ölkələrdə təşkil edilən seminar və konfranslarda iştirak edib.

Rus, Azərbaycan və gürcü dillərini mükəmməl bilir.

Evlidir, iki övladı var.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik FUAD ƏLİYEV (1965)

Akademik FUAD ƏLİYEV (1965)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid, Bolus, Darvaz, Rusiya, Diaspora
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
Rauf Nəbizadə

Rauf Nəbizadə

Səhiyyə, Darvaz
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

UZMANLIĞIN MÜBARƏK, NAİL HƏKİM!..

Səhiyyə, Darvaz
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Biologiya və tibb elmləri
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

"SAZLI-SÖZLÜ BORÇALI", "XXI əsrin Ziyalıları", Avropa
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Rəy yazın: