Eşq, məhəbbət İlahi fitrətidir!..

Eşq, məhəbbət İlahi fitrətidir!.. Uca Yaradan hələ çox-çox əvvəl,
insan oğlunu yaratmamışdan Yer kürəsini yaratdı.
Elə Yerin yaranması da İlahi eşqdən,
İlahi məhəbbətdən oldu.
Sonradan İnsan oğlunu yaradarkən, xəmirini yoğurarkən
cövhərini eşqdən, məhəbbətdən yoğurdu.
İnsana sevmək bəxş etdi İlahi.
İnsan oğlu da sevdi-İlahini, təbiəti, insanı.
Tanrının Yer üzündəki Söz adamları bu sevgiyə,
məhəbbətə İlahi sevgi üzərinə köklənmişlərdir.
Şairlər eşq qoruyucularıdırlar.
Yazmaqla, yaratmaqla sevgini ülviləşdirir,
ölümsüzləşdirir, hətta ölümsüzləşdirirlər.


Şairə Nailə Əmiraslanqızı da belə şairlərdəndir.
Onun qzünəməxsus sevgi şeirləri vardır.
Oxuduqca oxumaq istəyirsən.
Yaradıcılığına yavaş-yavaş bələd oluram Nailə xanımın.
Qələmi ruh oxşayanları yazır.
Sosial şəbəkədəki sonuncu şeiri məni yamanca tutdu.
Saf sevginin, məhəbbətin necə də gözəl təsviri var bu şeirdə:

Yanan atəşləri söndürəcəyəm,
Həsrəti,hicranı dindirəcəyəm ,
Səni bu sevdaya döndərəcəyəm,
Nəyin bahasına olursa, olsun.


Sevgi saf olmalıdır. Yolun hamarını seçməyə nə var ki...
Hünər yolun kələ-kötürünü seçmək və bu nahamarlıqda ürəyincə olan insanı da özünlə götürərək birgə addımlamaq necə də gözəldir deyilmi?

Sən elə mənimsən, sən elə mənsən,
Min nəğmə qoşaram, bir kəlmə dinsən,
Elə alışmışam, sönən deyiləm,
Nəyin bahasına olursa, olsun.

Arzuna səs verən diləyin olum,
Kədərə doy gələn kələyin olum,
Mənə sarı gəlsən, küləyin olum,
Nəyin bahasına olursa,olsun.


Nailə xanım da sevginin İlahi fitrətli olduğunu bir daha qabardır, sevərək, sevilərək İlahiyə qayıdışı, göylərə çəkilməyi vəsf edir və təbii ki, yorulmadan, usanmadan, min bir əzaba mətinliklə sinə gərərək:

Umduğum nədi ki, sənin gözündən
Bu dünyam boş qalıb sənin üzündən
Səni qaçıracam bu yer üzündən
Nəyin bahasına olursa, olsun.


"Nəyin bahasına olursaŞ olsun!" - Gözəl şeirdir.

Elə hey təkrar-təkrar oxumaq istəyirsən.
Oxuduqca da saf sevgiyə, təmiz məhəbbətə bir daha əmin olur, şair qələminə vurulmaya bilmirsən.
Əliniz, qolunuz ağrımasın Nailə xanım.
İlham pəriniz daim oyaq, qələminiz yazar, təbiniz rəvan olsun həmişə.
Bol-bol oxucu sevgisi, oxucu məhəbbəti arzulayıram Sizə.
Əmin olun ki, artıq bunu qazanmısınız!..


Malik BALAŞOV,
turan.info.az



REDAKSİYADAN:

Biz də çox hörmətli Nailə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini böyük məmnuniyyətlə,
turan.info.az-ın dəyərli oxucularına təqdim edirik!..


Yanan atesleri sondureceyem,
Hesreti, hicrani dindireceyem,
Seni bu sevdaya dondereceyem,
Neyin bahasina olursa, olsun.

Sen ele menimsen,sen ele mensen,
Min negme qosaram,bir kelme dinsen,
Ele alismisam,sonen deyilem,
Neyin bahasina olursa, olsun.

Arzuna ses veren dileyin olum,
Kedere doy gelen keleyin olum,
Mene sari gelsen,kuleyin olum,
Neyin bahasina olursa,olsun.

Umdugum nedi ki,senin gozunden
Bu dunyam bos qalib senin uzunden
Seni qaciracam bu yer uzunden
Neyin bahasina olursa, olsun.

***

Men sene gel dedim, ay ureyi das,
Gelersen, gelmezsen, ozun bilersen.
Bu qemli gozlerden axan yasimi
Silersen, silmezsen, ozun bilersen.

Agrini,acini menim ozumden,
Qelbin duygusunu birce sozumden,
Oxuyub kederi, derdi gozumden,
Bilersen, bilmezsen, ozun bilersen.

Simsek kimi bu sevdada caxinca,
Neler olar, yandirinca, yaxinca,
Eh,coxu gulecek menim arxamca,
Gulersen, gulmezsen, ozun bilersen.

Ezabindan qacilasi derdini,
Zerre-zerre sacilasi derdini,
Bircre mene acilasi derdini,
Bolersen,bolmezsen,ozun bilersen.

Dunyadan kamini ala bilmesen
Bir qelbi dindirib, cala bilmesen
Nailesiz bir gun qala bilmesen
Olersen,olmezsen,ozun bilersen.

***

Bu movzunu mene Mulkulu Hesen ocaginin yadigari
hörmətli Raya xanim verib.


Oten gunun gun catmaz ki,dalinca,
İnden bele bu gunleri yuz cala.
Ha yuyursen sen ayagi yalinca,
İtirdiyin gunler izimde qaldi.

Bu sevdanin omru ele bitdi ki,
Deli havam ilim-ilim itdi ki,
Adam kimi yasamagim getdi ki,
Her ne qaldisa da,dozumde qaldi.

Derdin coxun cekdim,azalmir azi ,
Mene qenim oldu dag cekdi nazi,
Umdugum neydi ki, sevgi murazi,
O da, omrum-gunum,gozumde qaldi.

İsigi azalib, nuru sonukdu,
Yaz benovsesidi, boynu bukukdi,
Xatireler yaman uzu donukdu,
Misralara dondu,sozumde qaldi.

Konlum daha esq havasi calmadi,
Qismetinden aldigini almadi,
Ele bildin,senden hec ne qalmadi,
Dodaginin izi uzumde qaldi.

***

Bozarib dunyanin yene boz uzu,
Urvata mindirmir her yeten sozu,
Onun ne vecine kefdedi ozu
Demisem,bu derdi deyesiyem men.

Azari-bezari hardan gonderir
Etnen doymadi ha,gozu gondedir
Fikri de,zikri de kondelendedir
Bir gun bu eyrini eyesiyem men.

İsine pel qatir kimse comerdin
Elinde qalmisiq bir deli derdin
Yamanin,nakesin,pisin,namerdin
Atabaatasin - soyesiyem men.

Aglamaq lazimsa,gule bilirik,
Guc vermek lazimsa,dile bilirik,
Ne yaxsi her seyi yeye bilirik -
Agrini ,acini yeyesiyem men.

Yoxsa tamam adamliqdan cixardar
Gunumuzu goy esgide saxlayar
Can demeknen menim canimmi cixar
Herden qiliqlayib oyesiyem men.

..Yaman doldum, dolacagim buymussa,
Dunya adli olacagim buymussa ,
Senden ele alacagim buymussa,
Gonder, oz derdimin yiyesiyem men.

turan.info.az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: