Məmmədov Zahid Əşrəf oğlu - 1945-ci il fevral ayının 14-də Gürcüstan Respublikasının Zalqa rayonundakı qədim türk ellərindən olan Culuxlu kəndində müəllim ailəsində dünyaya göz açıb.
Ailədə 7 uşaq olublar, 5 oğlan, 2 qız. Hamısı da ali təhsil alblar, valideynlərinin, nəsillərinin və el-obalarının adını həmişə uca tutublar.
Zahid Məmmədov 1962-ci ildə Marneuli orta məktəbini "Qızıl medal"la bitirib.
Elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) Stomatologiya fakultəsinə qəbul olub.
İnstitutda oxuyarkən Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub.
1967-ci ildə həmin fakültəni "Fərqlənmə diplomu" ilə bitirib.
Həm də Zahid Məmmədov öz adını Culuxlu kəndinin tarixinə kəndin yetirmələri arasında ilk ali təhsilli həkim kimi yazıb.
Ali təhsilini başa vurduqdan sonra təyinatını Qazax rayonuna veriblər.
Kremfel qəsəbəsində Diş həkimi kimi əmək fəaliyyətinə başlayıb.
Düz 13 il bu qəsəbədə diş həkimi işləyib.
1980-cı ildə Bakıya köçüb, Bakı Səhiyyə İdarəsində "Müalicə-profilaktika" şöbəsində çalışıb.
Eyni zamanda, o, təhsilini də davam etdirib.
1984-cü ildə "Marksizm-Leninizm" Universitetini "Fərqlənmə diplomu" ilə bitirib.
Elə həmin il Bakl şəhərindəki 6 nömrəli poliklinikada stomatologiya şöbəsinin müdiri təyin olub.
Partiya təşkilat katibi seçilib.
1986-cı ildə birinci dərəcəli, 1994-cü ildə isə Ali dərəcəli həkim adına layiq görülüb.
Ayrı-ayrı vaxtlarda onlarla elmi məqaləsi tibb jurnallarında çap olunub.
Evli, 4 övladı - 2 oğlu, 2 qızı olub. Övladların hamsı Ali təhsilli, tərbiyəli, gözəl ailə sahibidirlər.
Zahid Əşrəf oğlu Məmmədov - 1997-ci ildə oktyabr ayının 29-da insult keçirib.
5 ildən çox xəstə yatıb və 2003-cü ilin mart ayının 18-də haqqın dərgahına qovuşub
Allah rəhmət eləsin.
Müşfiq BORÇALI,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.