Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
İ.M.Seçenov adına
I Moskva Dövlət
Tibb Universitetinin
Bakı filialının rektoru
vəzifəsinə təyin edilmiş
Əziz Cəmil oğlu Əliyev
bu təhsil müəssisəsinin
kollektivinə təqdim olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov adına
I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələr iştirak edib.
Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzu edib.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali məktəbin Bakı filialının rektoru təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Əziz Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsinə daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetininin rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək 2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.
Biz də Əziz Əliyevi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.