Azərbaycan Texniki Universitetinin
Həmkarlar İttifaqı komitəsinin sədri,
dosent Akif Cahangirova
dayısı Azər Şadlinskinin vəfatından
kədərləndiyini bildirir və dərin hüznlə
baş sağlığı verir.
Xatırladırıq ki, əslən Qərbi Azərbaycanın Vedibasar mahalının
Böyük Vedi kəndindən, məşhur Şadlınskilər nəslindən olan
Azər Bilas oğlu Şadlınski öz dövrünün tanınmış simalarından olan
tarixi şəxsiyyət Abbasqulu bəy Şadlınskinin qardaşı nəvəsidir.
O, 1937-ci ildə anadan olmuş, 1948-ci ildə Şəmkir rayonundakı
Çinarlı kənd orta məktəbini bitirmişdir.
1958-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunda (indiki
Azərbaycan Tibb Universitetində) təhsil alan Azər Şadlinski
həmin institutu bitirdikdən sonra, Şəmkirə qayıtmış,
dörd il burada həkim məntəqəsinə başçılıq etmişdir.
Azər Şadlinski 1967-ci ildə Azərbaycan Tibb Tibb Universitetinin
müalicə fakültəsinin cərrahlıq kafedrasının aspiranturasına daxil olmuş,
1971-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
Azər Şadlinski 1970-ci ildən Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) müəllimi, 1976-cı ildən isə həmin ali məktəbin dosenti idi.
SSRİ Qastroentroloqlar Cəmiyyətinin, Azərbaycan Cərrahlar Cəmiyyəti idarə heyətinin üzvü seçilmişdi.
Təcrübəli cərrah kimi tanın Azər Şadlinski iki monoqrafiya, iki dərslik və 120-yə qədər elmi məqalənin müəllifidir.
O, Rusca-Azərbaycanca tibb terminləri lüğəti hazırlamışdır.
Allah rəhmət eləsin!.. Məkanı Cənnət, Ruhu şad olsun!...
Müşfiq BORÇALI,
turan.info.az
.