Akademik FUAD ƏLİYEV (1965)

Akademik FUAD ƏLİYEV (1965)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Fuad Şamil oğlu Əliyev
Rusiya Federasiyasının Əməkdar həkimi,
Tümen Dövlət Tibb Akademiyasının
ümumi cərrahiyyə kafedrasının müdiri,
Beynəlxalq SMI (Shape Memory Implant)
Akademiyasının akademiki,
Tibb elmləri doktoru, professor.

Əliyev Fuad Şamil oğlu - 1965-ci il yanvarın 1-də
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
1981-ci ildə Başkeçid (indiki Dmanisi) rus orta məktəbini bitirdikdən sonra Tümen Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub və 1987-ci ildə oranı müvəffəqiyyətlə bitirib.
1987-1988-ci illərdə Tümen Şəhər Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura təhsili alan F.Əliyevin sonrakı fəaliyyəti, mütəxəssis və peşəkar kimi formalaşması şəhər əhalisinə təcili cərrahiyyə yardımının göstərildiyi 1 nömrəli klinik xəstəxana ilə bağlı olub. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.
F.Əliyevin klinisist və elmi işçi kimi taleyinə ilk növbədə onun müəllimi, görkəmli alim, cərrahiyyə fakültəsində kafedra müdiri, Tümen cərrahiyyəsinin patriarxı
sayılan professor R.V.Ziqanşinin böyük təsiri olub.
Cərrahın praktik gərgin işi və elmi yaradıcılığı bir-birini tamamlayırdı. F.Əliyev 1992-ci ildə “Forma yaddaşlı implantatların köməyi ilə kompression hemorroidektomiyanın tədqiqi və tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Babasil xəstəliyinin müalicəsinin aktual probleminə həsr edilmiş bu tədqiqat eksperimental-klinik xarakter daşıyırdı. Beləliklə, ilk dəfə Rusiyada yüksək əməliyyat
riski olan adamlarda babasil xəstəliyinin radikal cərrahiyyə imkanları, habelə ambulator şəraitdə cərrahi müalicəyə yeni prinsipial yanaşma əsasında - “forma yaddaşlı” unikal xüsusiyyətə malik yeni tibb materiallarından istifadə etməklə müalicə imkanını göstərdi. Düz bağırsağın damarlı arxitektonikasının unikal eksperimental tədqiqi əsasında əldə edilən böyük klinik materialda cərrahi müdaxilənin asanlığının, sadəliyinin, təhlükəsizliyinin və radikallığının birləşmə imkanını göstərdi.
F.Əliyevin sonrakı elmi fəaliyyəti nanostrukturlaşdırılmış nikelid-titan tibb materiallarının tətbiqi əsasında yoğun bağırsaq cərrahiyyəsində yeni istiqamətin inkişafına həsr olunub.

F.Əliyev koloproktologiyada yeni elmi istiqamət yaradan müəlliflərdən biridir.
İlk dəfə olaraq onlar tərəfindən xüsusi qurğu və əməliyyat yolları hazırlanıb və bu, mədə-bağırsaq traktının müxtəlif yerlərində borulu orqanların ilgəkləri arasında tikişsiz kompression anastomoz yaratmağa imkan verir.
1998-ci ildə F.Əliyev Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının dosenti seçilib. Elə həmin ildə Rusiya alimlərinin orqanizm toxumalarına (biokimyəvi və biomexaniki) uyğunluq baxımından yaxın olan nikelid-titan qarışığı əsasında yeni texnologiyalar hazırlanmasına dair elmi nailiyyətləri “Tibb materialları və forma yaddaşlı implantatlar” monoqrafiyasında ümumiləşdirilib. Bu kitabın müəlliflərindən biri də F.Əliyev olub. Hazırda bu istiqamətdə elmi nailiyyətlər dünyada fundamental hesab edilir, təxirəsalınmaz və planlı cərrahiyyədə böyük elmi və praktik əhəmiyyətə malikdir.
F.Əliyev orqanizmə implantasiya oluna bilən prinsipial yeni materiallardan istifadə etməklə yeni cərrahiyyə üsullarını işləyib hazırlamasına görə 1998-ci ildə Beynəlxalq Elm, Texnika və Təhsil Forumunda (Moskva) “Səhiyyə” nominasiyasında nüfuzlu “Qızıl diplom” mükafatına layiq görülüb.
O, 2000-ci ildə nüfuzlu alimlərin həmmüəllifliyi ilə ingilis dilində Avropa və Amerika ölkələrində yayılan “Delay Law and New Class of Materials and Implants in Medicine” fundamental əsəri nəşr etdirib.
Koloproktologiyada yeni tədqiqat istiqamətinin inkişafı F.Əliyevin “Yoğun bağırsaq cərrahiyyəsində nikelid-titan qatışığı əsasında yeni texnologiyalar” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edir. 2007-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə edən F.Əliyevə RF Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru elmi adı verilib.
O, 2007-ci ildə Rusiya, Cənubi Koreya, Almaniya və Kanadada nümayəndəliyi olan Beynəlxalq SMI (Shape Memory Implant) Akademiyasının həqiqi üzvü, 2008-ci ildə isə Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiriprofessoru seçilib.
F.Əliyevin rəhbərliyi ilə aparılan əsas elmi tədqiqatlar “yaddaş” implantatlarının ən elastik formasından istifadə edilməsi əsasında müxtəlif kəskin cərrahi xəstəliklərin müalicəsində minimal invaziv texnologiyaların, mədə-bağırsaq traktatının cərrahiyyəsi zamanı kompression anastomozların qoyulmasında klapan strukturlarının işlənib hazırlanması və yaradılmasına, kolostoma qoyulmuş xəstələrin reabilitasiyasının yeni cərrahiyyə üsullarının işlənib hazırlanmasına, abdominal sepsis xəstələrində immunkorreksiya məsələlərinin araşdırılmasına həsr olunub.

Akademik FUAD ƏLİYEV (1965) Akademik FUAD ƏLİYEV (1965) Beş monoqrafiyanın, 280-dən çox elmi məqalənin, 10 ixtira ixtira patentinin müəllifi olan professor Fuad Əliyev
RF Həkim-koloproktoloq Assosiasiyasının, RF Ümumi Cərrahlar Assosiasiyasının, Tümen Vilayəti Cərrahlar Assosiasiyasının, “Cərrahlıq” Problem Komissiyasının və Tümen Dövlət Tibb Akademiyasında elmlər namizədi və doktor elmi dərəcələrinin verilməsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür. Cərrahiyyə, koloproktologiya, onkologiya üzrə ixtisas kateqoriyalarına malikdir. Yoğun bağırsaq cərrahiyyəsində yeni istiqamətin inkişafına verdiyi töhfəyə görə çoxsaylı mükafatlar alıb. Tümen vilayəti qubernatoru qrantı müsabiqəsinin qalibidir (2006).

Akademik Fuad Əliyev uzaq Tümendə bacarıqlı həkim kimi Borçalını və Azərbaycanı ləyaqətlə təmsil edir,
buradakı Azərbaycan diasporasının işində də fəallıq göstərir. 2001-ci ilin noyabrında Bakıda keçirilən
Dünya Azərbaycanlılarının birinci qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış edib.

Dəyərli soydaşımız Fuad Şamil oğlu Əliyev 2017-ci il noyabr ayının 4-də Rusiya Fedresiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə "Rusiya Federasiyasının Əməkdar həkimi" fəxri adına layiq görülüb.

Biz də turan.info.az-ın yaradıcı heyəti adından
Rusiya Federasiyasının Əməkdar həkimi,
Beynəlxalq SMI (Shape Memory Implant) Akademiyasının həqiqi üzvü,
Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri,
tibb elmləri doktoru, çox hörmətli professor Fuad Şamil oğlu Əliyevi
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və
şərəfli elmi-tibii fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az



Bax: Müşfiq Çobanlı. Borçalı Ensiklopediyası. IV cild. Borçalı həkimləri.
Bakı, "Azərbaycan" nəşriyyatı, 2001.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ

SOYDAŞIMIZA - PROFESSOR FUAD ŞƏMİL OĞLU ƏLİYEVƏ "RUSİYA FEDERASİYASININ ƏM ...

Səhiyyə, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Rusiya
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Həkim-endoskopist:

Həkim-endoskopist: "Həzm sistemindəki onkoloji patologiyaların erkən mərhə ...

Sağlamlıq, Səhiyyə, Başkeçid, Darvaz
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

ATU Tədris Cərrahiyyə Klinikasının illik hesabatı

Səhiyyə
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
AzTU tələbələri Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təcrübə keçirlə ...

AzTU tələbələri Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təcrübə keçirlə ...

AzTU
Akademik ƏLİ ƏLİYEV (1950)

Akademik ƏLİ ƏLİYEV (1950)

"XXI əsrin Ziyalıları", Bolus, Rusiya, Diaspora
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR QALİB QARAYEV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR QALİB QARAYEV!..

Səhiyyə, Təbriklər
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Rəy yazın: