YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR QALİB QARAYEV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR QALİB QARAYEV!.. TƏBRİK EDİRİK!..

Professor Qalib Qarayev - 70 İl

Bu il yanvarın 17-də tanınmış alim-cərrah,
Əməkdar elm xadimi, tibb elmləri doktoru,
professor Qalib Şalon Oğlu Qarayevin
anadan olmasının 70 illik Yubileyi tamam olur.


O, 1947-ci il yanvar ayının 17-də
Füzuli rayonunun Qarğabazar kəndində
anadan olmuş, 1953-1963-cü illərdə
həmin kəndin orta məktəbində,
1966-1972-ci illərdə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunda
təhsil almışdır.

Tələbəlik illərində tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970-ci ildə «Ən yaxşı
tələbə elmi işi»
Ümumittifaq müsabiqəsinin
«Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi»
adlı eksperimental tədqiqat işi bürünc medala
layiq görülmüşdür.

Sonrakı 1972-1977-ci ildərdə elm axtarışlarını Leninqrad şəhərində professor V.İ.Kolesovun məktəbində davam etdirmişdir.
O, burada Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi qrupunda çalışmış və tac damarın şuntlanması və anastomozlaşdırılması problemi üzərində uğurlu elmi axtarışlar aparmış və 1979-ci ildə Daşkənd şəhərində «Tac damarın elektrotermokoaqulyasiya və ürək əzələsinin birbaşa revaskulyarizasiyası edən metodların müqayisəli qiymətləndirilməsi» mövzusunda cərrahlıq ixtisası üzrə dissertasiya müdafiə edərək
tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

Qalib Qarayev 1972-1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində
müxtəlif vəzifələrdə işləmişdir. O, 1982 ildə Elmi-Tədqiqat Mərkəzinin direktoru təyin olunmuşdur.

Sonrakı illərdə Ümumittifaq transplantasiya və süni üzvlər institutu ilə birlikdə süni ürək və yardımçı qan dövranı apparatı üzərində işləmiş, yardımçı qan dövranı apparatının orqanizmə qoşulma texnikasının optimal variantını işləyib hazırlamışdır. Ürəyin işemik xəstəliyinin kəskin formalarında yaranmış digər bir fəsadın toxumalar arası sahənin ödemləşməsinin patogenezini açıqlamış və onun aradan qaldırılma yolunu hazırlamaqla cərrahi müalicənin səmərəliliyini artırmışdır.

1987-ci ildə SSRİ Tibb Elmləri Akademiyasında «Ürəyin pozulmuş limfadrenajının tənzimlənməsi və onun kəskin miokard infarktı şəraitində ürək əzələsinin birbaşa revaskulyarizasiyasında rolu» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə SSRİ AAK ona professor elmi adı vermişdir.
Onun elmi axtarışları miokard infarktı zamanı ürək limfa dövranında baş vermiş dəyişikliklərin mahiyyəti açıqlanmış, limfa mayesinin laxtalanma prosesi öyrənilmiş, aritmiyaların meydana çıxma səbəbi aydınlaşdırılmışdır.

Bundan əlavə professor Qalib Qarayev aşağıdakı problemlər üzrə geniş elmi tədqiqat işləri aparılmışdır.
1. Peritonitvəperitonealintoksikasiya.
2. Atrialnatriumuretik faktor.
3. Bağırsaqlarınautotransplantasiyası.
4. Cərrahi əməliyyatdan sonrakı dövrdə inkişaf edən pankreatit.
5. Reperfuzion sindrom və onun qaraciyər transplantasiyasında tənzimlənməsi;
6. Ağır metallar, mikro və makroelementlər ilə orqanizmin hormonal sisteminin qarşılıqlı əlaqəsi və s.

Onun rəhbərliyi altında 56 elmlər namizədi və elmlər doktoru müdafiə etmişdir.
22 ixtiranın, 1 dərs vəsaitinin, 1 monoqrafiyanın və 410 məqalənin müəllifidir.
Onun əsərləri ABŞ, Almaniya, İngiltərə, Çexiya və s. ölkə alimlərinin diqqətini cəlb etmişdir.
1988-ci ildə ABŞ-da Meçiqan Universitetində «Ürəyin işemik xəstəliyinə dair» keçirilən konqresə dəvət almış ilk Azərbaycan alimidir.

«Sağlamlıq» jurnalının baş redaktorudur.
Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır.
Dissertasiya müdafiəsi şurasının sədr müavini kimi üzvü fəaliyyət göstərmişdir

Uğurlu elmi fəaliyyətini və elmi kadrların hazırlanmasında xüsusi xidmətlərini nəzərə alaraq 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə onu ən yüksək fəxri ad, Əməkdar elm xadimi adı verilmişdir.

2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir.

Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014-cü ildə RF-nın Tibbi Texniki akademiyasının üzvü seçilmişdir.

Professor Qalib Qarayevin fəaliyyəti haqqında bir çox kitablarda və mətbuat səhifələrində, o cümlədən V.B.Şadlinski və A.B.İsayevin "Azərbaycanda morfologiya elminin tarixi inkişaf mərhələləri" (Bakı, 2003, s.152-156), Eldar Sadıqın "Cərrahın ömür yolu" (Bakı, 2004) adlı kitablarında, Ə.T.Əmiraslanovun "Qalib Qarayev – 60 il" sərlövhəli məqaləsində(“Sağlamlıq” jurnalı, № 1, Bakı, 2007), "Ə.e.x., tibb elmləri doktoru, professor Q.Ş. Qarayevin biblioqrafiyası" kitabında (Təbib nəşriyyatı, 63 səh. Bakı, 2012), Sülhiyyə Musaqızının "Zərrələrdən zirvəyə" Ensiklopedik toplusunda (Bakı, 2012, səh.70-78) və s. geniş məlumatlar dərc olunmuşdur.

Professor Qalib Qarayevin anadan olmasının 60 və 65 illik yubileyləri təntənə ilə qeyd olunmuşdur.
Əminik ki, onun bu günlərdə 70, sonralar isə 80, 90, 100... illik yubileyləri də təntənə ilə qeyd olunacqdır.
Çünki o buna tamamilə layiqdir!..


YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR QALİB QARAYEV!.. Nəhayət, biz də elə buna görə turan.info.az-ın bütün
redaksiya heyəti adından tanınmış alim,
Əməkdar elm xadimi, tibb elmləri doktoru,
çox hörmətli professor Qalib Qarayevi anadan olmasının
70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji
və tibbi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və turan.info.az saytının Baş redaktoru

Rauf İLYASOĞLU,
turan.info.az-ın şöbə müdiri


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Əsas xəbər, AzTU, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Səhiyyə, Nekroloqlar, Qərbi Azərbaycan
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor YAŞAR NAZIYEV (1933-2010)

Professor YAŞAR NAZIYEV (1933-2010)

Bolus
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

Azərbaycan, Təbriklər
Rəy yazın: