yüksək sədaqət tələb edən bir işdir.”
"Ümummilli liderimiz həkimlik haqqında söylədiklərindən ilham alaraq deməliyəm ki, həkimlik bir insan üçün ömür boyu öyrənməyi, yenilənməyi daim müasir fikirlər,çarələr axdarmağı tələb edən bir peşədir.Eyni zamanda fədakarlıq tələb etdiyi halda səhvi bağışlamayacaq qədər həssas olan bir sahədir.
Tibb Universitetini bitirən hər kəs həkimlik diplomunu alır. Amma əsl həkimlik teoriya-nəzəriyyə deyil, o Allah vergisidir. Əsas iş bacarıqdadır, təcrübədədir. Mən işimi bu əllərimlə görürəm. Bu bir istedaddır." - Bu sözlərin müəllifi bu gün haqqında yazacağım burun-qulaq-boğaz (lor) üzrə ixdisaslaşmış gənc uzman həkim Rəşad Quvalovdur. Buna görə də o, peşəsini bacarığının sayəsində qazandığını xüsusilə vurğulayır və bildirir ki, nəzəriyyəyə yox, təcrübəyə əsaslanan, güvənən həkimdir.
Rəşad Quvalov 1985-ci il sebtiyabrın 15-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində həkim ailəsində anadan olmuşdur. Mütləq qeyd etməliyəm ki, onun doğulduğu (kənd) Kəpənəkçi kəndi elmə, təhsilə, ədəbiyyata töhvə verən şəxslər yetişdirmişdir. Bunlardan Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub, Abbas Abdulla, Ziyatxan Budaq və b. bu kimi ziyalıların adını çəkməyi özümə borc bilirəm.
Bu kəndin yetişdirdiyi şəxslərdən biri də Rəşad Quvalovun atası həkim Şakir Quvalovdur. O, dövrümüzün savadlı burun-qulaq-boğaz həkimlərindən biridir və bu sahə üzrə bacarıqlı cərrahdır. Elə buna görə də estetik rinoplastika üzrə Milanda, Romada, Antalyada sertifikatlar alıb və burun-qulaq-boğaz üzrə 30-a yaxın məqalənin müəllifidir. Hal-hazırda ATU-nin qulaq-burun-boğaz üzrə kafedrasında tədris-hissə müdiri və assistenti işləyir.
Göründüyü kimi həsöhbətim uzman həkim Rəşad uvalov bacarıqlı atanın yolu ilə gedən övladdır. O, öz peşəsini hələ uşaq yaşlarından öyrənməyə başlamışdır. Belə ki, atası keçirdiyi burun-qulaq-boğaz əməliyyatlarında oğlu Rəşadı da köməkçi kimi götürərdi. BU da ona gələcəkdə bu sahə üzrə bacarıqlı cərrah olmağa yardımçı olub.
Rəşad Quvalov orta təhsilini Bakıda almışdır.
O, 9-cu sinifə kimi 146 saylı orta məktəbdə, 9-11-ci sinifləri isə kimya biologiya təmaüllü Respublika liseyində oxumuşdur.
2002-ci ildə ATU-nin pediatriya fakultəsinə qəbul olmuş və 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2014-cü illərdə Türkiyənin Samsun şəhərində 19 Mayıs Universitetində qulaq-burun-baş-boyun cərrahiyyəsi kafedrasında uzmanlıq təhsili almışdır.
2014-cü ildə vətənə qayıtmış və ATU-nin Tədris cərrahiyyə korpusunda işləməyə başlamışdır.
O, aşağıdakı sahələr üzrə uzmanlıq diplomu almışdır.
-timponoplastika
-mastoidektomiya
-stapetektomiya (qulaq əməliyyatları)
-koklyarimplantasiya (eşitmənin bərpası)
-rinoplastika
-FESS-(funksional endoskopik sinus cərrahiyyəsi)
-tiroidektomiya (zob əməliyyəti)
-loringentomiya (qırtlaqdaxili əməliyyatlar)
Şəxsi həyatına gəldikdə isə evlidir və 3 övladı var. Həyat yoldaşı da həkimdir.
Uzman həkim Rəşad Quvalov Türkiyədə uzmanlıq təhsili aldığı dövrdə dissertasiya müdafiə edib. Onun bir çox jurnallarda dissertasiya məqalələri
dərc olunmuşdur. Onlardan “The journal of Inernational advanced otology” adlı amerikan jurnalını misal göstərmək olar.
Yaxşı bir həkim ola bilmənin əsas şərti öz sahəsində elmli, bilikli olmaqdan başqa həmçinin deoktoloji (tibb əxlaqı və etik qaydaları) dəyərlərə sahib olmaq və insani dəyərlər daşımaqdır. Çünki əxlaqi dəyərlərə sahib olmayan bir insan heç bir zaman yaxşı həkim ola bilməyəcəkdir. Mən bu cür əxlaqı və və insanlığı həmsöhbətim Rəşad Quvalovda gördüm. Belə ki, mən ondan xəstələrə tətbiq edilən müalicə metodları haqqında soruşarkən o, mənə bu cür cavab verdi: Həkim şərəfli peşədir. Bu peşəni heç bir pula satmaq olmaz. Ona görə də mən xəstəyə sadədən başlayıb mürəkkəbə doğru müalicə sistemi tətbiq edirəm və vicdanımı dərmanlardan (firmalardan) mənə gələcək pula satmıram.
Mən həkim Şakir Quvalova "Oğlunuzu peşənizin layiqli davamçısı kimi görürsünüzmü?" - sualını verəndə cavabında ”Bəli görürəm və arzu edirem ki, oğlum mənə görə yox savadına görə tanınsın” - dedi. Mən də öz növbəmdə demək istəyirəm ki, əminəm uzman həkim Rəşad Quvalov öz sahəsində mütləq bacarığına görə tanınacaq. Çünki o öz peşəsinin şərəfini qoruyan və insanlığı əsas tutan bir həkimdir.
Sonda məhşur cərrah S.Kolinin sözlərini yada salmaq istəyirəm. O deyirdi ki, ”Əgər həkimin işığı başqasının, üstünə düşmürsə özünün sönməsi yaxşıdır”.
Mən bu fikirləri həmsöhbətim uzman həkim Rəşad Quvalovda gördüm və çox sevindim ki, Azərbaycanda pulu deyil, insanların sağlamlığının qorunmasını əsas tutan gənc həkimlərimiz var.
Ramilə İSAYEVA
"Şərqin səsi" qəzeti.
.