Bu barədə mətbuata Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından
məlumat verilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz
başa çatıb.
turan.info.az onu da bildirir ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiətilə Bakı şəhərinə yola salınıb.
Millət vəkili
Qənirə xanım PAŞAYEVA
bu barədə belə deyib:
"Azərbaycanımızın qəhrəman övladı,
şəhid qardaşımız
Çingiz Qurbanovun nəşı düşməndən geri alındı.
Bir az əvvəl şəhidimizin
əziz ailəsisi ilə danışdım.
Sabah vida mərasimi
olacaq.
Nur içində yatsın
şəhid qardaşımız.
39 gün nəşi verməyərək ailəyə və insanlarımızı
acı yaşadan insanlıqdan
kənar düşmənlərimizə,
işğalçı Ermənistana isə
Allah lənət eləsin.
Çox acı çəkirdi şəhid qardaşımızın ailəsi.
Düşmənin qeyri-insani davranışlarına baxmayaraq şəhidimizin nəşini geri almaq üçün bütün beynəlxalq səyləri də işə salan Ali Baş Komandanımıza təşəkkür edirik. Şəhidimizin nəşinin düşmən əlində qaldığı hər gün hamımız üçün böyük bir acı idi.
Allah şəhidimizə rəhmət etsin. Məkanı cənnət olanlardan olan şəhidimizin ailəsinə səbr diləyirik.
Bu mətanətli, səbrli və bütün acılara ramən Vətən sağolsun deyərək düşmənə sevinmə imkanı verməyən ailəyə Allah hər zaman köməyiniz olsun və hər zaman yanınızdayıq deyirik."
Müşfiq BORÇALI,
turan.info.az
.