"Poeziya" guşəmizin bu günkü qonağı - şer-sənət həvəskarı Sərdar Qurban oğlu Qaballıdır.
Təxəllüsündən də bəlli olduğu kimi (soyadı Нəbiyevdir) o, Gürcüstan Respublikasının Laqоdеxi rayonunun Qabal kəndindəndir.
29 dekabr 1951-ci ildə dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən poeziyaya xüsusi həvəs göstərib. Sərdar Nəbiyev hazırda Krımda
hərbi xidmətdədir,
baş praporşik rütbəsindədir.
Onun ilk şerləri Azərbaycan Respublikasının Balakən rayon qəzetinin səhifələrində dərc olunmuşdur.
Sərdar Qaballının şerlərində gənclik hissləri, Vətən məhəbbəti, Vətən eşqi özünə mühüm yer tapmışdır.
Onun şeirlərinin süjeti və məzmunu müasir həyatla səsləşir.
Sərdar Qaballı yaradıcılığında da fəal həyat mövqeyi tutmağı, təsvir etdiyi hadisələrə vətəndaş gözü ilə baxmağı və ona tənqidi yanaşmağı bacarır.
Bunu şairin "Bəlkə, andı tel məni", "Qarabağlı deyil bu", "Mənəm", "Mənim dilim", "Bu dünyada" və digər şerlərində aydın şəkildə görmək olar.
Aşağıda şair Sərdar Qaballının iki şerini oxucularımıza təqdim edirik.
M.ÇOBAНOV,
filologiya elmləri namizədi, dosent.
(“Gürcüstan”, № 86 (9934), 30.VII.1991).
BƏLKƏ, AНDI TEL MƏНİ
Zilə çək ay, zilə çək!
Məmməd, sazı zilə çək.
Ömrün qərib illəri,
Bilməm, nə vaxt bitəcək.
Döyür yağış, sel məni,
Unudubmu, el məni!
Məmməd, sazı zilə çək.
Bəlkə, andı tel məni.
Susuz bulağammı mən,
Titrək yarpağammı mən,
Min illik bir palıddan
Qopmuş budağammı mən!!
MƏНİM DİLİM
Ana dedim, dil açdım,
Bu dildə dindir məni.
Bu dildə qəlbimə dəy,
Küsdür, sevindir məni.
Bu dil, hər səadətim,
Mənim ilk baharımdır.
Bu dil, hər məhəbbətim,
Bu dil, sərvət, varımdır.
İtsəm bu, dildə axtar,
Bu dillə səslə məni.
Özü axtarar tapar,
Bu dil, həvəslə məni.
Azəri övladıyam,
Dilim Vətən səsidir.
Dilim mənim xalqımın,
Qorqud sərkərdəsidir.
(“Gürcüstan” qəzeti, № 86 (9934), 30.07.1991).
turan.info.az - ın REDAKSİYASINDAN:
Sonralar Sərdar Qaballının şeirləri
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Mədəd Çobanovunun təşəbbüsü ilə
yaradılmış və məhz onun rəhbərliyi ilə
1996-2000-ci illərdə fəaliyyət göstərmiş
“Dalğa” Ədəbi Birliyinin üzvləri
tərəfindən maraqla qarşılanmış və
«Dalğalar qoynunda» qəzetinin
səhifələrində çap olunmuşdur.
Daha sonralar isə Sərdar Qaballının şeirləri "Ziya", "Təhsil" "Şərqin səsi" və başqa qəzetlərdə, "Zirvə" Poeziya antologiyasında çap olunub.
2018-ci il sentyabrın 20-də isə amansız ölüm onu sıralarımızdan apardı...
Allah rəhmət eləsin, ruhu şad olsun!..
Yaxın günlərdə sizlərə Sərdar Qaballının
şeirlərindən nümunələr təqdim edəcəyik.
Bizi izləyin...
turan.info.az
.