“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi 2016-cı il dekabrın 15-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademik Çingiz Qacarın rus dilində nəşr edilmiş “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirildi.

AMEA-dan turan.info.az-a bildiriblər ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb, kitabın tarixi, elmi, mədəni əhəmiyyətindən bəhs edib. Alim nəşrdə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, tarixi inkişaf mərhələlərinin foto və arxiv materialları əsasında təqdim olunduğunu, Naxçıvana aid toponimlər, etnoqrafik araşdırmaların yer aldığını bildirib. O, yüksək elmi araşdırmaların nəticəsində ərsəyə gələn kitabın respublikanın bir çox dövlət və universitet kitabxanalarına təqdim olunduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, yeni nəşrdə ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılıb. "Naxçıvanın zəngin tarixini lazımınca öyrənmək, geniş ictimaiyyətə çatdırmaq xüsusi elmi əhəmiyyət daşımaqla yanaşı, həm də böyük vətənpərvərlik işidir" - deyən akademik İ.Həbibbəyli bildirdi ki, bu mənada kitabın hazırlanması və nəşri Azərbaycan tarixində mühüm mövqe tutan, qədim şəhər mədəniyyətinə malik olan Naxçıvanın tarixini işıqlandıran dəyərli elmi mənbədir.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, yüksək poliqrafik keyfiyyətlə rus dilində nəşr olunan kitab Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği baxımından çox önəmlidir.

"Nuh torpağına səyahət" adlı məruzə ilə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə kitabda qədim diyar Naxçıvanın mədəniyyəti və zəngin tarixinin əks olunduğu bildirib. Qeyd edib ki, burada qədim elçilik, toy ənənələri, bayramlar barədə də geniş məlumat yer alıb.

Ə.Salamzadə vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər ərzində aparılmış tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri də Naxçıvan şəhərinin dünyanın ən qədim şəhərlərindən biri olduğunu sübut edir.

Bildirilib ki, “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı tarixi, etnoqrafik və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar yer alıb.

Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Fizika İnstitutunun direktor müavini, akademik Cavad Abdinov, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, "Xalq" qəzetinin redaktor müavini Tahir Aydınoğlu vurğulayıblar ki, müxtəlif dövlət arxivlərindən və şəxsi arxivlərdən əldə edilərək kitabda təqdim olunan fotoşəkillər hər biri özündə bir tarix yaşadır. Müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.

Müşfiq BORÇALI,
turan.info.az



.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Naxçıvan, Elm, "Zirvə", Arxiv
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

Naxçıvan, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Rəy yazın: