Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi Azərbaycan mədəniyyətini qonşu ölkədə təbliğ edən muzey

Gürcüstanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elminin təbliğində, dünyaya tanıdılmasında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rolu böyükdür. Muzeyin girişində ədibin büstü qoyulub. Azərbaycanın və Gürcüstanın Dövlət bayraqları asılıb.

Fəaliyyətə başladığı gündən Azərbaycanı bütövlükdə təbliğ etməyi qarşısına məqsəd qoyan muzey bu məqsədə nail olmaq üçün hər gün yeni-yeni layihələrə imza atır.


Gürcüstanda yaşayan azərbaycanlı ziyalı, muzeyin direktoru Leyla Əliyeva turan.info.az-a müsahibəsində deyib ki, muzeyin fəaliyyəti çox şaxəlidir. “İlk növbədə qeyd edim ki, burada saxlanılan eksponatlar və tarixi-mədəniyyət inciləri hər bir kəsin marağına səbəb olur. Dahi mütəfəkkir M.F.Axundzadənin inşa etdirdiyi və həyatının sonuna kimi yaşadığı bu ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərir. 2012-ci ildə böyük ədibin 200 illik yubileyi ərəfəsində muzey Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına əsaslı təmir olunub”.

Azərbaycan dövlətinin muzeyə göstərdiyi qayğını yüksək dəyərləndirən L.Əliyeva deyib: “Azərbaycan Prezidenti, Baş nazir, nazirlər, şirkət və komitə rəhbərləri, eləcə də Milli Məclisin deputatları muzeydə olublar. Xüsusən Prezident İlham Əliyevin muzeylə tanışlığından sonra Azərbaycan dövləti bizə xüsusi qayğı göstərir. Bu diqqət və qayğıya görə biz, Azərbaycan Prezidentinə minnətdarıq”.
Qeyd edilib ki, muzeyin altı zalı var.

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi Birinci zal qədim və zəngin Azərbaycan mədəniyyətinə həsr olunub. Buraya gələnlər Azərbaycanın milli geyim nümunələri və xalq sənətinin müxtəlif sahələrinin – dulusçuluq, zərgərlik, xalçaçılıq, daş, ağac, sümük və dəri emalının nümunələri ilə tanış ola bilirlər. Azərbaycanın məşhur rəssam və bəstəkarlarının fotoşəkilləri və onlar haqqında qısa məlumatlar da birinci zalda toplanıb.

İkinci zalda M.F.Axundzadənin həyat və yaradıcılığı əks etdirilir. Bu zalda M.F. Axundzadənin 1812-ci ilin iyunun 30-da Nuxa (indiki Şəki) şəhərində anadan olduğu evin maketi, ailə üzvlərinin fotoşəkilləri və onun əlyazmalarının surətləri ilə saxlanılır.

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi Böyük ədibin qonaq otağının surətinin əks etdirən üçüncü zalın interyeri arxiv materialları arasında aşkar edilmiş köhnə fotoşəkil əsasında bərpa edilib. Burada M.F.Axundzadə ilə sıx təmasda olan görkəmli insanlardan, şair və yazıçılardan Aleksandr Bestujev-Marlinski, Qriqol Orbeliani, Mixail Lermontov və başqalarının şəkilləri məhz bu zalda nümayiş etdirilir.

Dördüncü zal isə şərti olaraq “musiqi” zalı adlandırılır. Azərbaycan musiqisinə həsr olunmuş bu zalda məşhur müğənnilərin və onların ansambllarının, eləcə də o dövrdə keçirilən konsertlərin afişalarının fotoşəkillərini görmək olar. Burada Azərbaycanın bir neçə milli çalğı aləti – tar, kamança, saz, qaval nümayiş etdirilir.
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi Beşinci zal M.F.Axundzadənin xatirə iş otağıdır, burada yazıçının şəxsi əşyaları – yazı masası, kitab dolabı, divar saatı və lampa saxlanılır. Bu otaqda Mirzə Fətəli bir çox dəyərli işlər görüb. Burada, həmçinin onun müxtəlif illərdə, müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətlərini görmək olar.

Muzeydəki altıncı zal Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Burada Azərbaycan və Gürcüstan heykəltəraşlarının qarşılıqlı dostluq münasibətlərini əks etdirən əsərlər nümayiş etdirilir. Burada Tbilisi şəhərindəki Heydər Əliyev adına bağın, Mirzə Fətəli Axundzadənin adını daşıyan məktəb və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və “Dostluq abidəsi”nin fotoşəkilləri təqdim edilir.
L.Əliyeva deyir ki, muzeyin fəaliyyəti bununla kifayətlənmir. Muzey Azərbaycan xalqının milli bayramlarını və mili matəm günlərinin qeyd olunduğu yer kimi də tanınır. Burada Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi və diaspor təşkilatları ilə birgə tədbirlər keçirilir.
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi
Eyni zamanda muzeyin kollektivi müxtəlif layihələr hazırlayır və həyata keçirirlər. Muzey işçilərinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, səfirliyimizin, eləcə də SOCAR və digər strukturların dəstəyi ilə reallaşdırılan bu layihələr qədim və zəngin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
L.Əliyeva bildirir ki, muzeydə Azərbaycan dili, xalçaçılıq, rəssamlıq və digər əl işləri kursları fəaliyyət göstərir. Ən başlıcası muzeydə Azərbaycan ədəbiyyatı kitabxanası var. Burada Azərbaycan dilində olan ədəbiyyat və incəsənətə dair kitablar, broşürlər, jurnallar və digər yazılı nümunələr saxlanılır. Kitabxanaya gələn qonaqlar bu kitablardan elmi və bədii yaradıcılıqda geniş istifadə edirlər.
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi Kurslarda isə gürcülərlə yanaşı digər millətlərin nümayəndələri də Azərbaycan dilinin, xalçaçılıq, musiqi və rəssamlıq sənətinin incəliklərini öyrənirlər.
Direktor vurğulayıb ki, Gürcüstanın dövləti və hökuməti də muzeyə xüsusi diqqət və qayğı göstərir. Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi muzeyində fəaliyyət göstərən xalçaçılıq dərnəyinin inkişaf etdirilməsi üçün nazirliyin büdcəsindən 22 min 249 lari məbləğində vəsait ayırıb.
L.Əliyeva deyib: “Artıq beşinci ildir ki, muzeyin nəzdində xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Biz, bu illər ərzində Gürcüstandakı muzeylərdə Azərbaycan xalçalarının sərgilərini keçirmişik. Keçən il muzeyin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Azərbaycan, gürcü, rus və ingilis dillərində 1000 tirajla “Azərbaycan xalçaları” adlı kataloq nəşr edilib. Muzey hazırda daha bir layihə üzərində çalışır. Bu layihədə qədim Azərbaycan mədəniyyətinə dair əl işlərinin kataloqunun hazırlanması, geniş tirajla çapı və digər dillərə tərcüməsi nəzərdə tutulub”.

turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

M.F.Axundzadə adına Muzey
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

AzTU
Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa e ...

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa e ...

Tiflis
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Gənclər Bolnisi muzeyini ziyarət ediblər

Gənclər Bolnisi muzeyini ziyarət ediblər

Bolus
Dünənimizi sabaha bağlayan “körpü”lər - Muzeylər (II hissə)

Dünənimizi sabaha bağlayan “körpü”lər - Muzeylər (II hissə)

Mədəniyyət, Köşə yazılar
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil, Gürcüstan
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Mədəniyyət, Tiflis

"Qazax-Borçalı bölgəsinin xalçaları"

Azərbaycan, Borçalı
Rəy yazın: