qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Bağçalar kəndində anadan olub.
8-ci sinifə qədər doğma Bağçalar kəndindəki
orta məktəbidə oxuyub.
Ötən əsrin sonlarında Başkeçiddə baş vermiş
məlum milli ayrı-seçkilik olaylarından sonra,
burada yaşayan azərbaycanlılara qarşı yönəlmiş
təqib və təzyiqlər daha da çoxalıb,
rayon mərkəzində çalışan yüzlərlə soydaşımız
heç bir səbəb göstərilmədən işdən azad olunub,
Başkeçid (indiki Dmanisi) şəhərində (eləcə də,
qonşu Bolnisi və Kazreti şəhərlərində) yaşayan
minlərlə soydaşımız Azərbaycana köçməyə
məcbur ediliblər.
Başkeçiddə yaşayan soydaşlarımız bax beləcə
pərən-pərən olublar, öz doğma isti ocaqlarından
hərəsi bir yana dağılıblar.
Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub,
kimisi Ukraynaya, kimisi Orta Asiya respublikalarına.
Eyyubovlar ailəsi isə coğrafi mövqeyinə görə
Başkeçidə oxşayan Xızı rayonuna pənah gətiriblər.
Vaqif Eyyubovun digər övladları kimi, Saleh də
elə o vaxtdan təhsilini Xızıda davam etdirib.
O, 1993-cü ildə Xızı rayonundakı Peşə məktəbinin
Mühasibatlıq ucotu fakultəsinə daxil olub və oranı
1995-ci ildə müvəffəqiyyətlə bitirib.
Saleh Eyyubov 13.01.1997-ci ildən 25.05.1999-cu ildək
həqiqi hərbi xidmət borcunu şərəflə yerinə yetirib.
01.10.2000-ci ildən Azərbaycan Respublikası
DİN-nin Xızı rayon polis şöbəsinin
Post Patrul xidmətində manqa komandiri işləyib.
2004-ci ildə Azərbaycan Polis Akademiyasına daxil olub.
2006-ci ildə 3-cü kursda olarkən ona kicik leytenant rütbəsi verilib və
Xızı rayon polis şöbəsində sahə rəisi təyin olunub.
10.03.2010-cu ildən 06.12.2017-ci ilədək Xızı rayon polis şöbəsində
DYPB-nin Baş Dövlət Avtomobil müfətişi vəzifəsində çalışıb.
Saleh Eyyubov 06.12.2017-ci ildən xidmətini
Quba rayonunda davam etdirir.
Hazırda Quba rayon polis şöbəsində DYPB-nin
Təbligat və Təşbiğat üzrə baş inispektorudur.
Polis kapitanıdır.
Biz də polis kapitanı Saleh Əyyubova yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Samir MƏMMƏDOV,
turan.info.az
Bax:
Müşfiq BORÇALI. Sazlı-Sözlü Borçalı.
II cild, II nəşr. Bakı, 2019.
.