Ədliyyə polkovniki
(1932)
Nəbi Kazım oğlu Nəbiyev - 1932-ci ildə qədim Borçalı mahalının Başkeçid rayonundakı (indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı) Qızıl-kilsə kəndində anadan olub. O, orta məktəbi (1948) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsini (1950-1955) bitirib.
Sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik orqanlarında işə cəlb olunduğundan keçmiş SSRİ məkanının Sverdlovsk şəhərində Dövlət Təhlükəsizlik məktəbinin birillik kursunda təhsilini davam etdirib (1955-1956).
Nəbi Nəbiyev Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Cəbrayıl rayon şöbəsində əməliyyat müvəkkili (1956-1960), Gürcüstan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Bolnisi rayonu şöbəsində əməliyyat müvəkkili (1960-1978), Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Göyçay rayonu şö'bəsinin rəisi (1983-1988) vəzifələrində xidmət etmişdir.
O, rayon şöbələrində rəis olduğu müddətdə (1978-1983) Gürcüstan KP Bolnisi rayonu komitəsinin Büro üzvü və rayon sovetinini deputatı, Azərbaycan KP Göyçay Rayon Komitəsinin Büro üzvü və rayon sovetinin deputatı olmuşdur.
Nəbi Kazım oğlu Nəbiyev vəzifəsini layiqincə yerinə yetirdiyinə və nümunəvi xidmətinə görə 7 medal və bir neçə Fəxri Fərmanla təltif olunmuşdur.
Hazırda təqaüddədir və Bakı şəhərində yaşayır.
Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Borçalı",
II cild. Bakı, 2015.
turan.info.az
.