Yadigar Hüseynov - 1955-ci il mayın 3-də
qədim Borçalı mahlında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun fizika fakültəsini bitirmişdir.
1977-1981-ci illərdə təyinatla Qəbələ rayonunda
müəllim işləmişdir.
1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır.
1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur.
1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür.
2000-ci ildən Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.
2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
2004-cü ildə SDU-da Bərk cisim elektronikası kafedrasını yaratmışdır.
Ömrünün sonuna kimi həmin kafedranın professoru və kafedra müdiri vəzifəsində çalışmışdır
120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir.
Üç övladı var.
Professor Yadigar Hüseynov 2016-cı ilin dekabr ayının 2-də qəflətən vəfat etmişdir.
xalqımızın ləyaqətli oğlu, tanınmış ziyali,
hər zaman öz insani keyfiyyətləri ilə gənclərə nümunə olan,
olduqca səmimi, mehriban və xeyirxan insan,
Borcali mahalnın Saraclı kəndində dünyaya göz açmış və uzun müddət
Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışmış
görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri doktoru,
professor YADİGAR HÜSEYNOVa Allahdan rəhmət diləyir,
"Ruhun Şad olsun, professor!" - deyirik!..
Müşfiq BORÇALI,
turan.info.az
.