Yaşasaydı indi tanınmış iqtisadçı alim,
çox hörmətli mərhum professor
Veysəl İsayevin 85 yaşı olacaydı...
Veysəl Əlləz oğlu İsayev 1933-cü il fevral ayının 12-də
qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı
Arıxlı kəndində anadan olub.
1948-ci ildə həmin kənddə orta məktəbi bitirib. 1948-ci ilin avqust ayından 1949-cu ilin avqust ayına qədər Gürcüstan SSR-in Bolnisi rayonunun Faxralı Kənd İstehlak Cəmiyyətində baş hesabdar işləyib. Elə həmin ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olub və 1953-cü ildə həmin institutun “Uçot-iqtisad” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1954-cü ildə C.A.Timiryazev adma Moskva Kənd Təsərrüfatı Akademiyasmın aspiranturasına daxil olub, 1958-ci ildə həmin akademiyada “Azərbaycan SSR-in pambıqçılıq kolxozlannda gəlirlərin artınlması ehtiyatları” mövzusunda dissertasiya müdafıə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1957-58-ci illərdə Moskva Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışib. 1958-ci ildən 1962-ci ilə qədər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili" kafedrasında baş müəllim işləyib. 1962-ci ildən 1975-ci ilə qədər Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda “Uçot və maliyyə təsərrüfatı” şöbəsinə rəhbərlik edib.
Bu dövrdə V.İsayevin iqtisadçı alim kimi apardığı tədqiqatlar Azərbaycan iqtisadiyyatının apancı kənd təsərrüfatı sahəsi olan pambıqçılıqda səmərəliliyin artırılması ehtiyatlarının aşkar olunması, bu sahədə mütərəqqi təsərrüfatçılıq metodlarnın tətbiqi zamanı mühasibat uçotunun qurulması məsələlərini əhatə edib. 1958-1965- ci illərdə göstərilən mövzular üzrə görkəmli iqtisadçı tərəfındən 3 monoqrafıya buraxılıb, 30-dan artıq məqalə ilə elmi nəşrlərdə çıxışlar edib. Bütün bunlann yekunu kimi kollektiv təsərrüfatlarda mühasibat uçotunun vahid sistemi hazırlanıb və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasmda bəyənildikdən sonra kütləvi şəkildə tətbiq olunub. Eyni zamanda təsərrüfat hesabınm tətbiqi üzrə tövsiyələr və əmək ödənişlərinin fəaliyyətin son nəticələri ilə əlaqəsinin metodikası işlənib hazırlanıb. Bu tövsiyələrin həyata keçirilməsi və məhsulun uçotunun yalnız miqdar ifadəsində deyil, həm də keyfıyyət əlamətləri üzrə aparılması barədə təklifın tətbiqi istehsalın səmərəliliyinin artınlmasında mühüm rol oynayib. Həmin dövrdə V.İsayevin mühasibat hesabları planının təkmilləşdirilməsi üzrə təklifləri təcrübədə öz tətbiqini tapıb və uzun müddət istifadə olunub.
1972-ci ildə V.İsayev D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Gəlirlərin təhlili və yeni şəraitdə onların səmərəli istifadəsinin iqtisadi əsaslan" mövzusunda doktorluq dissertasiyasım müdafıə edərək iqtisad elmləri doktoru elmi dərəcəsini alıb. 1977-ci ildə Moskvada onun "Kolxozlarda gəlirlərin bərabərləşdirilməsi və səmərəli istifadəsi" adlı böyük həcmli monoqrafiyası çap edilib. Bu, uçot üzrə Moskvada çap edilən ilk azərbaycanlı iqtisadçı alimin monoqrafıyası olub.
1975-ci ildən ömrünün sonuna qədər Azərbaycan Kooperasiya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb və həmçinin Azərbaycan Dövlət İqtisad İnstitutunun "Mühasibat uçotu və audit" kafedrasının professoru olub. Bu dövrdə onun "Birgə müəssisələrdə mühasibat uçotu" və "Mühasibat uçotunun nəzəriyyəsi" adlı dərslikləri çapdan çıxıb və həmin dərsliklər tələbələr üçün Azərbaycan dilində bu qəbildən ilk tədris vəsaitləri rolunu oynayıb.
V.İsayevin 1987-ci ildə nəşr olunmuş "Yardımçı təsərrüfatlarda təsərrüfat hesabı və uçot" monoqrafıyası həmin illərdə tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipinə keçən müəssisələrdə təsərrüfatdaxili əlaqələrin düzgün qurulması və bu zaman uçotun rolu üzrə praktik cəhətdən səmərəli təkliflərlə zəngin olmuşdur ki, bu təkliflərin də əksəriyyəti özünün tam tətbiqini tapıb.
V.İsayev mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə Zaqafqaziyada ilk elmlər doktoru olub.
Keçmiş Sovetlər ittifaqınm bütün respublikalarında öz ixtisası üzrə görkəmli mütəxəssis kimi tanınıb.
V.İsayev 100-dən çox elmi əsərin müəllifıdir ki, bundan da 20-si xarici ölkələrdə dərc edilib.
Bundan əlavə, o, rus dilindən Azərbaycan dilinə ümumi həcmi 400 çap vərəqindən çox olan elmi əsərləri tərcümə edərək nəşr etdirib.
Professor V. İsayev 28 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru yetişdirib, Moskva və Azərbaycan ali məktəblərində namizədlik və doktorluq dissertasiyaları üzrə opponent kimi çıxış edib. Keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının rəyçilərindən olub. O, respublika Maliyyə Nazirliyinin Mühasibat Uçotunun Metodologiyası idarəsinin baş məsləhətçisi, "Maliyyə və uçot" jumalınm redaksiya heyətinin üzvü olub. Azərbaycan Respublikasmm "Mühasibat uçotu haqqında" Qanununun hazırlanmasında, mühasibat uçotunun hesablar planının beynəlxalq standartlara uyğunlaş- dınlmasında iştirak edib. Bu gün professor V.İsayevin yetirmələri respublikamızın ali məktəblərində və elmi-tədqiqat institutlarmda, iqtisadiyyatın müxtəlif sahələrində, dövlət idarəetmə sistemində fəaliyyət göstərirlər.
Onlar özlərini qürurla "İsayev məktəbi"nin davamçılan hesab edirlər.
Profeesor Veysəl İsayev 1998-ci ildə vəfat edib.
Allah rəhmət eləsin...
Pünhan ƏFƏNDİYEV,
turan.info.az
.