ADİLXAN NƏBİYEV - 80
Adilxan Mahmud oğlu Nəbiyev - 1938-ci il
may ayının 22-də qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızıl-Kilsə kəndində dünyaya göz açıb.
1956-cı ildə orta ümumtəhsil məktəbinin
on birinci sinfini bitirib.
1958-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və həmin fakültəni 1963-cü ildə müvəffəqiyyətlə bitirib.
A.M.Nəbiyev təyinatını Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonuna alıb və burada üç il
öz ixtisası üzrə müəllim işlədikdən sonra Bakı şəhərinə gəlib, Buzovna qəsəbəsindəki 125 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib.
Elmi işə maraq onu sakit buraxmayıb, 1973-cü ildə Azərbaycan Respublikası EA-nın Tarix institutunda imtahan verərək öz ixtisası üzrə əyani aspiranturaya qəbul olub.
Tbilisi şəhərində “Gürcüstanda yaşayan azərbaycanlıların maddi mədəniyyəti” mövzusunda dissertasiya müdafiyə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
1980-ci ildə seçki yolu ilə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinin ümumi tarix kafedrasında baş müəllim, sonra isə dosent seçilib və orta əsrlər tarixi fənnini tədris edib.
1981-ci ildə ADPİ-nun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) tarix fakültəsinin həmkarlar təşkilatının sədri, 1982-ci ildən isə 15 il həmin fakültənin dekan müavini vəzifəsində çalışıb.
A.M.Nəbiyev əllidən çox dərs proqramının, dərsliyin, dərs vəsaitinni və elmi məqalələrin müəllifidir.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 180-181).
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.